“Prezidentin söylədiyi nitq və verdiyi mesajlar əhəmiyyətli idi” - DEPUTAT AÇIQLADI
“Avqust ayının 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobilin təqdim edilməsi mərasimində iştirak etdilər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu, şəhid və qazi ailələrinə dövlətimizin diqqət və qayğısının təzahürü olmaqla sosial-mənəvi kontekstdə mühüm bir hadisə idi: “Ancaq tədbirdə Azərbaycan Prezidentinin söylədiyi nitq və verdiyi mesajlar isə tarixi strateji müstəvidə olduqca əhəmiyyətli idi. Əslində, Azərbaycan Prezidenti milli yaddaşımıza müraciət edərək əsrlər boyu xalqımıza qarşı necə məkrli siyasətin həyata keçirildiyi kontekstində son 101 ildə baş verən hadisələrin üstündə ayrıca dayandı. İlk dəfə “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsindən və tarixi vətənimiz olan Zəngəzurun bölünməsinədək olan məsələlərə toxunaraq qeyd etdi ki, 1920-ci ildə sovet hakimiyyəti bizim tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirdi. Ondan sonra həmin bölgədə azərbaycanlılar deportasiyaya məruz qaldılar. 1923-cü il iyul ayının 7-də isə bizim ərazimizdə süni bir qurum Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Hazırkı reallıq isə ondan ibarətdir ki, müzəffər Ali Baş Komandanımız tərəfindən bu acı gerçəklik dəyişdirildi. Azərbaycan Prezidentinin 7 iyul 2021-ci ildə imzaladığı sərəncamla tarixi ədalət bərpa edildi. Artıq uzun illər siyasi-iqtisadi və diplomatik müstəvidə manipulyasiya predmetinə, siyasi şantaj vasitəsinə çevirilən “Dağlıq Qarabağ” termini yoxdur. Azərbaycan ərazisində dağı və aranı ilə bütöv olan vahid Qarabağ iqtisadi rayonu və Qarabağ mahalı var. Eyni zamanda, Şərqi Zəngəzur iqtisadi rayonu var. Bu isə o deməkdir ki, Zəngəzurun Qərbi ermənilərin nəzarətindədir. İndi aranlı-dağlı Qarabağı vahid gördüyümüz kimi gələcəkdə şərqli-qərbli Zəngəzuru da vahid, bütöv görəcəyik. Hazırkı tarixi mərhələdə isə Qarabağı və Şərqi Zəngəzuru Azərbaycan Prezidenti İlham Əliyev, sözün həqiqi mənasında, cənnətə çevirməkdədir. Hər iki iqtisadi rayonda görülən böyük logistika və kommunikasiya işləri, yol-nəqliyyat və enerji kommunikasiyaları ən qısa zamanda bu torpaqlarımızda olan istisadi potensialın milli iqtisadiyyatımıza qazandırılması ilə nəticələnəcək. Buna paralel olaraq məcburi köçkün olan vətəndaşlarımız öz ana yurdlarına qayıdacaq. İllərdir həsrəti ilə yaşadığımız Böyük Qayıdış arzusu reallığa çevriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB