“Jirinovskinin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər təəssüfedicidir” AMİP SƏDRİ MÜNASİBƏT BİLDİRDİ
“Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər olduqca təəssüfedici bir haldır. Azərbaycan dövlətinə, xalqına və millətinə qarşı yönəldilmiş istənilən təhqirlər, tənqidlər və düşmən münasibəti dərhal cavablandırılmalıdır”. Bunu Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, siyasi yönümündən, sosial mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının o cümlədən də, siyasətlə məşğul olan şəxslərin borcu və vəzifəsidir ki, dövlətimizə və millətimizə qarşı yönələn fikirlərə münasibət bildirsinlər: “Vladimir Jirinovski ilə bağlı AMİP olaraq, dəfələrlə münasibətimizi ortaya qoymuşuq. Təbii ki, ölkə daxilində müxalifətdə olmasından asılı olmayaraq istənilən tərəfin bilavasitə borcu, vəzifəsidir ki, bu məsələlərə adekvat cavab versin. Bir sözlə, siyasi yönümündən asılı olmayaraq hər kəs Azərbaycan dövlətini aşağılamaq istiqamətində atılan istənilən addıma sərt cavab verilməlidir. Bunu etməyənləri isə hər birimiz qınamalıyıq və qınayırıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB