“Ölkə başçısı açıq şəkildə bəyan etdi ki,...” - DEPUTATDAN AÇIQLAMA

“Prezident İlham Əliyev "CNN Türk" kanalına verdiyi müsahibəsində Azərbaycan dövlətinin Qarabağda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi ərazilərdə bütün prosesləri diqqətlə izlədiyini açıq şəkildə bildirdi. Bu, Ermənistana, onun mütəffiqlərinə həmçinin Qarabağda hansısa status barədə danışanlara ciddi mesajdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşviq Cəfərov deyib.

Onun sözlərinə görə, cənab Prezidentin də qeyd etdiyi kimi Azərbaycan Vətən müharibəsindən sonra da ordusunu gücləndirir, ən müasir silah və texnologiyaların ölkəyə tədarükü prosesi davam etdirir: “Lakin regionda silahlanmaya şəraiti Azərbaycan yaratmadı, biz hər zaman sülhün tərəfindəyik. Ölkə başçısı açıq şəkildə bəyan etdi ki, sülhməramlıların nəzarətində olan ərazilərdəki proseslər Bakı tərəfindən izlənilir. Yəni, sizin sülhməramlılar funksiya və mandatından kənara çıxıb, missiyasına zidd addımlar atırsa, Bakı bu məsələdən xəbərdardır və lazımı tədbirlər görüləcək. Hətta Rusiyadan gözləntimiz regionda sabitliyin bərpasında iştirak etsin, qarşı tərəfi silahlandırmaq sülhə kömək etməyəcək”.

Deputat sözlərinə belə davam edib:” Azərbaycanın balansında olan müxtəlif texniki vasitələr, peyk vasitəsilə oradakı qüvvələrin, hərbi texnikaların sayı, Laçın dəhlizindən nə qədər avtomobil keçdiyi haqda dəqiq informasiyalar var. Təxribatlara son qoyulmasa, Azərbaycan Ordusu bütün strateji üstünlüyündən yararlanacaq və hərbi əməliyyatlar dəqiqliklə, operativ aparılacaq.
Prezident İlham Əliyev Xankəndi və ərtafında yaşayan 25 min erməni əsilli Azərbaycan vətəndaşlarının ölkəyə inteqrasiya olunmasının vacibliyindən danışıb. Bu bir daha göstərir ki, həmin torpaqlar Azərbaycan torpaqlarıdır və məskunlaşan insanlarda Azərbaycan vətəndaşlarıdır. Onları ölkənin siyasi-iqtisadi-sosial-mədəni həyatına intiqrasiya olunacaqlar. Ermənistan isə Azərbaycanın növbəti jestlərini və özünün dalandan çıxması üçün iqtisadi təşəbbüslərini dəstəkləmək məcburiyyətindədir.

“Hər halda bizim mövqeyimiz dəyişməz olaraq qalır və Zəngəzur dəhlizi mütləq açılmalıdır. Ermənistan bunu nə qədər tez dərk etsə, onlar üçün o qədər də yaxşıdır”, - deyə İlham Əliyev xəbərdarlıq edib”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə