Bakı Bəyannaməsi - Azərbaycanın beynəlxalq reytinqinin göstəricisidir RƏY

Bu gün Azərbaycan qalib ölkə kimi dünya dövlətləri tərəfindən qəbul edilməklə yanaşı, həmçinin, qonşu dövlətlərlə monolit əlaqələrə malikdir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət, diplomatik siyasətinin reallığıdır. Məhz İkinci Vətən Müharibəsinin 44 gün ərzində 30 il işğalçı Ermənistandan azad olunan torpaqlarımız müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın dövlət başçısına olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, həmçinin, dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi, həmçinin, qonşu dövlətlər - Rusiya, İran, Gürcüstanın və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi, həmçinin, bir çox dövlətlər, beynəlxalq təşkilatlar Ali Baş Komandanımız, Prezident İlham Əliyevin son 18 illik Prezidentlik fəaliyyəti dövründə həyata keçirilən xarici siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Və bunun nəticəsidir ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir. Çünki Azərbaycan Prezidenti İlham Əliyev cənabları nə vaxt, nəyi, necə etmək lazımdırsa bilir: «Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında»,-deyən Prezidentimiz İlham Əliyev cənabları bugünkü əldə olunan qələbələr bir daha Ali Baş Komandanımızın nə vaxt, nəyi, necə etmək dazımdırın nəticəsidir ki, bu gün müstəqil Azərbaycanı güclü, sabit bir məkana çevirərək Azərbaycan tarixinə qələbələr yazdı. Həm də 44 günlük müharibə dost və düşməni tanıtdırdı. Dövlət başçımızın dediyi kimi: «Bu müharibə, eyni zamanda, onu göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir, hansı ölkələrdir. Əlbəttə ki, Azərbaycan şirkətləri, ilk növbədə, bu işlərdə iştirak edəcək və bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik, daha doğrusu, artıq dəvət etmişik".

Son günlər Türkiyənin bir sıra bölgələrində baş vermiş meşə yanğınları nəticəsində ekologiyaya, ətraf mühitə, yaşayış məntəqələrinə və infrastruktura ciddi ziyan dəyib. Bir neçə gündür davam edən yanğınlar insan tələfatına da səbəb olub. Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadır. Azərbaycan xalqı qardaş Türkiyədə baş vermiş meşə yanğınları ilə bağlı hadisələri böyük narahatlıq və həyəcanla izləyir.

Əsl dostluq isə özünü çətin anlarda büruzə verir

Son günlər Türkiyənin bir sıra bölgələrində baş vermiş meşə yanğınları nəticəsində insan tələfatına səbəb olub, ekologiyaya, ətraf mühitə, yaşayış məntəqələrinə və infrastruktura ciddi ziyan dəyib. Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları tarixin ən dar məqamlarında, ən çətin günlərində belə öz sözünü deyir. Azərbaycan dövləti bu çətin günlərdə Türkiyənin yanındadır və meşə yanğınlarının qarşısının alınmasına öz yardımını edir. Yanğından dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana baş vermiş faciədən dərin kədər hissi keçirdiyini, Azərbaycan hökuməti və xalqının hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu vurğuladı. Eyni zamanda, dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığını ifadə etdi. Azərbaycan Prezidentinin tapşırıq və göstərişlərinə əsasən, Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatların qısa zamanda qardaş Türkiyəyə göndərilməsi istiqamətində tədbirlər görülür. Azərbaycan xalqı olaraq hər zaman qardaş Türkiyənin yanındadır və bundan sonra da olacaq.

Və iyulun 27-də Milli Məclisdə ilk dəfə olaraq Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşü və yekunda imzalanan Bakı Bəyannaməsi də üç dost ölkənin birliyinin, həmrəyliyinin göstəricisidir. Azərbaycan, Türkiyə, Pakistan bu gün regionun və dünyanın ən aparıcı, söz sahibi olan ölkələrindəndir. Bu üç ölkə həm də bir-biri ilə sıx tellərlə bağlı olan dost, qardaş və müttəfiq ölkələrdir. Eyni zamanda, Azərbaycan-Pakistan-Türkiyə münasibətləri xalqlarımız arasında qarşılıqlı etimada söykənir. Münaqişə başlayandan bəri hər iki ölkə “qardaş Azərbaycanın yanındayıq”, – dedi. Türkiyənin bir çox yerlərində Azərbaycanla həmrəylik nümayiş etdirmək üçün Azərbaycan və Türkiyə bayraqları birlikdə dalğalanır. Ölkəmizdə, eləcə də kənarda yaşayan əcnəbi vətəndaşlar, xüsusilə Türkiyə və Pakistandan dövlət başçımıza yazılan məktublarda bu şanlı mübarizədə ürəklərinin qardaş Azərbaycanla bir vurduğunu qeyd etdilər. Bütövlükdə bu üç ölkənin son illərdə daha da möhkəmlənən çoxşaxəli əməkdaşlığı Avrasiyada yeni aparıcı güc mərkəzinin formalaşmasını şərtləndirir. Sevindirici haldır ki, təzyiq və təhdid mexanizmləri tətbiq etmək niyyətindən uzaqda dayanan Türkiyə, Pakistan və Azərbaycanın Avrasiya coğrafiyasında formalaşdırdığı yeni güc mərkəzi rəqabətqabiliyyətlidir, inkişafa və qarşılıqlı faydalı əməkdaşlığın əhatə dairəsinin genişlənməsinə, bütövlükdə regional və qlobal tərəqqiyə xidmət edir. Azərbaycan bütün məsələlərdə Türkiyə və Pakistanın mövqeyini dəstəkləyir. Ötən 29 ildə bu məsələlərdə, bu mövqelərdə heç bir dəyişiklik yoxdur və ola da bilməz. Həm də ölkələrimizin lideləri arasında gözəl, səmimi dostluq və qardaşlıq münasibətləri var. Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında olan münasibətlər isə dünyaya örnək, nümunə, model olacaq qardaşlıq münasibətləridir.

Bir sözlə, Bakı Bəyannaməsi Azərbaycanın regional inkişafın aparıcı qüvvəsi kimi yerinin və rolunun möhkəmləndirilməsində, dünya birliyində nüfuzunun, siyasi mövqeyinin daha da artmasında əhəmiyyətli rol oynayacaq. Dünyaya səs salan, Azərbaycan-Türkiyə birliyinin zirvəsi kimi dəyərləndirilən Şuşa Bəyannaməsinin imzalanmasından ötən ay yarımdan az bir vaxtda ölkəmizin dost ölkələrin parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün belə bir təşəbbüsünün dəstəklənərək sonda Bakı Bəyannaməsinə yol açması bir daha təsdiqləyir ki, yeni reallıqlara uyğun olaraq gələcəyə hesablanmış hədəflərin icrasının ilk mərhələsi uğurludur.

Bakı Bəyannaməsinin imzalanması Prezident İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin və yürütdüyü çoxvektorlu xarici siyasətin Türkiyə və Pakistan kimi güclü dövlətlər tərəfindən dəstəklənməsi, həm də dövlətimizin başçısının müstəqil xarici siyasət yürütməsinin göstəricisidir.

HƏMİD PƏNAHOV,

YAP Qazax rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə