Ceyhun Bayramov Türkiyədə meşə yanğınlarında vəfat edənlərin ailələrinə başsağlığı verib

"Qardaş Türkiyədə meşə yanğınlarının davam etməsi, Antalyada 3 nəfərin həyatını itirməsi bizi çox sarsıtdı”.

SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov özünün "Twitter" hesabında yazıb.

Nazir yanğında vəfat edənlərin ailələrinə başsağlığı verib : ”Yanğın nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Bu çətin günlərdə qardaş Türkiyənin yanındayıq, hər cür dəstək göstərməyə hazırıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...