Qarabağı azad edən Lider onu həm də cənnətə çevirəcəkdir!

Qarabağı azad edən Lider onu həm də cənnətə çevirəcəkdir!

Bu gün müstəqil Azərbaycanı güclü edən, onu sabitlik məkanına çevirən əsas amil də, məhz xalqımızın ölkə Prezidenti lham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən Ulu Öndər Heydər Əliyev ideyalarına olan sonsuz sədaqətidir. Məhz elə buna görədir ki, 18 il əvvəl “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" məramı ilə Prezident İlham Əliyevin həyatı xalqına və Vətəninə həsr olunmuş əsl lider ömrüdür. Cənab İlham Əliyev Ulu Öndərimizin “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır" fikirlərini reallığa çevirərək bir daha isbat etdi ki, O, məhz Vətəninin, xalqının rifahı üçün yaşayan Liderdir. Və bu gün Qalib liderimiz, Prezident İlham Əliyevin «Dəmir yumruq» siyasəti ilə 30 il düşmən əsarətində qalan torpaqlarımız 44 gün ərzində əsarətdən xilas oldu. Artıq qələbəmizdən keçən 8 ay ərzində böyük iqtisadi imkanlara malik işğaldan azad edilmiş ərazilərimizdə ən sürətli bərpa, quruculuq işləri aparılır. Bir sözlə, Azərbaycan torpaqlara qayıtdıqca həyat da canlanır. Sözsüz ki, bu işlərə başlamaq üçün ilk növbədə azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi və digər zərərsizləşdirmə tədbirləri görülür, daha sonra kommunikasiyalar qurulur və nəhayət yaşayış və istehsal təmin edilir. Torpaqlar işğaldan azad edildikcə “Böyük qayıdış” da davam edir.

Prezident İlham Əliyev iyulun 22-də Azərbaycanın qərb bölgəsinə - Daşkəsən, Naftalan və Goranboya səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işləri və bu istiqamətdə yeniliklər barədə məlumat verərək bildirib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra edilir: «Əlbəttə, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlaradır. Ancaq bizim ənənəvi işlərimiz, regionlarla bağlı olan proqramlar da yaddan çıxmamalıdır və çıxmır».

Dövlət başçısı qələbədən 8 ay keçməsinə baxmayaraq çox böyük işlərin göründüyünü və bu işləri qəhrəmanlıq hesab etdiyini deyir: «Yəni, bu boyda miqyaslı işi cəmi 8 ay ərzində görmək doğrudan da, mən hesab edirəm ki, böyük qəhrəmanlıqdır. Onu da bildirməliyəm ki, biz bütün bu işləri öz hesabımıza edirik. Bütün xərcləri öz hesabımıza edirik, heç bir yerdən bir manat yardım almamışıq. Bəli, xarici şirkətləri biz dəvət etmişik, amma podratçı kimi. Bütün vəsait dövlət büdcəsindən gedir. Dövlət büdcəsi üçün bu, böyük yükdür. Təbiidir, amma biz bunu edirik, edəcəyik. Dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik».

Tarixi həqiqətləri inkar etdikdə, reallıq hissi itirilir

Belə bir ifadə də var: «Tarixi həqiqətləri inkar etdikdə, reallıq hissi itirilir». Bu, həqiqətən də belədir. Məhz İkinci Vətən Müharibəsinin 44 gün ərzində Qələbəsinin Qalib Lideri Prezident İlham Əliyevin Qalib torpaqlarımıza tarixi səfərləri dövlət başçımızın işğaldan azad olunan torpaqlarımızın bərpası məsələsinə nə dərəcədə həssas yanaşdığının, həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulmasının həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır. Dövlət başçısı hər tarixi səfərlərində dönə-dönə dünyaya mesajları ilə bildirir ki, bəli, 28 ildən sonra Qarabağı işğaldan azad etdik, Qarabağa qayıtdıq, Qarabağa sahibləndik. Bir daha Qarabağın onun olduğunu və bir daha bundan sonra kimsənin ona yiyələnə bilməyəcəyini göstərdik.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın qərb bölgəsinə səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində onu da vurğulayıb ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik: «Bütün xərcləri öz hesabımıza edirik, heç bir yerdən bir manat yardım almamışıq. Bəli, xarici şirkətləri biz dəvət etmişik, amma podratçı kimi. Bütün vəsait dövlət büdcəsindən gedir. Dövlət büdcəsi üçün bu, böyük yükdür. Təbiidir, amma biz bunu edirik, edəcəyik. Dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik».

Sözsüz ki, bu, dövlət başçımızın «dəmir yumruq» siyasəti ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabtlərimizin gücü ilə olacaq. Və Ali Baş Komandanımızın dediyi kimi: «Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir».

Bəli, bu dəmir yumruğun gücü 30 illik həsrətə 44 gün ərzində son qoyuldu. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsi zamanı bunu bir daha vurğulayıb ki, bu, cəsarət, qətiyyət, düzgün addımlar, hücum siyasətimiz nəticəsində mümkün olub. Ermənistan bununla hesablaşmalıdır və istəsə də, istəməsə də yeni reallıqları qəbul etməlidir. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir: «Biz həm müharibə dövründə, həm postmüharibə dövründə istədiyimizə nail olmuşuq və nail oluruq. Mənim həm müharibədən əvvəl, həm müharibə zamanı, həm müharibədən sonra gələcək addımlarla bağlı çox dəqiq təsəvvürüm var və bilirəm nə etməliyik, nə vaxt etməliyik, necə etməliyik. Bütün sahələrdə olduğu kimi, bu sahədə də konseptual yanaşma ortadadır. Qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən olunub».

Və bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində həyata keçirilən işlər və tədbirlər, atılan addımlar Qarabağın cənnətə çevrilməsinə hədəflənmişdir. Ancaq mənfur düşmən unutmamalıdır, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımlar Qarabağın qısa zaman kəsiyində dirçəldilməsinə istiqamətlənib. Dövlət başçımızın rəhbərliyi altında bu missiyanın da öhdəsindən gələcəyik, ərazilər minalardan təmizlənəcək və insanlar öz el-obalarına geri dönəcəklər.

Dövlət başçımızın dediyi kimi: «Biz işğaldan azad edilmiş yerlərdə şəhərlər quracağıq, həyatı qaytaracağıq, bütün dağılmış yerləri bərpa edəcəyik». Çünki Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır!

HƏMİD PƏNAHOV,

YAP Qazax rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə