“Torpaqları güc yolu ilə geri qaytarmaq istəyimiz..." - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Torpaqları güc yolu ilə geri qaytarmaq istəyimiz..." - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Cənab Prezident İlham Əliyevin verdiyi açıqlamalarda müəyyən diplomatik eyhamları nəzərə almaq lazımdır. Əvvəla Prezident İlham Əliyev Şərqi Zəngəzur torpaqları deyir və bu günləri Şərqi Zəngəzur dedikdə əslində Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarına aid olan torpaqlar nəzərdə tutulur”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Qərbi Zəngəzur torpaqları bu gün Naxçıvan Muxtar Respublikasının ayrılmaz tərkib hissəsidir: “Burada söhbət mərkəzi Zəngəzurdan gedirsə, mərkəzi Zəngəzur Ermənistan respublikasının ərazi bütövlüyünə aiddir. Bizim Ermənistanın ərazisinə hər hansı bir iddiamız yoxdur, baxmayaraq ki, həmin torpaqlar tarixən Azərbaycan torpaqları olub. Hətta, söhbət tarixi ədalətin bərpa olunmasından getsə belə, beynəlxalq hüquq normaları baxımından bizim o torpaqlara olan iddialarımız, o torpaqları güc yolu ilə geri qaytarmaq istəyimiz beynəlxalq birlik tərəfindən tanına bilər. Lakin cənab Prezident İlham Əliyev tamamilə başqa məsələləri nəzərdə tutur, yəni burada söhbət ondan gedir ki, Ermənistan hakimiyyəti məlum ərazidə nəqliyyat kommunikasiya xətlərin açılması ilə bağlı öhdəliklər götürüb və mən əminəm ki, Prezident birinci növbədə Rusiyanın, daha sonra isə bölgə dövlətlərinin özlərinin iştirakları ilə Ermənistan hakimiyyətinin bu məqamına, siyasətinə diplomatik kontekstə zərbələrin endirilməsi, hücumların təşkilini nəzərdə tutur. Ermənistan ərazisinə aid olan torpaqlara Azərbaycan ordusunun hücumunun təşkilindən söhbət gedə bilməz. Prezident İlham Əliyev məlum ərazidə nəqliyyat kommunikasiya xətlərin açılmasını nəzərdə tutur. Yəni, Prezident daha çox diplomatik hücumların, diplomatik zərbələrin endirilməsini bildirir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə