Ərdoğan İsrailə qarşı hirsini mərhəmətə çevirdi

Ərdoğan İsrailə qarşı hirsini mərhəmətə çevirdi

"Turkiye" qəzetində Mehmet Emin Arvasın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın israilli həmkarı, yeni seçilmiş prezident Yitzhak Hersoq arasındakı son danışıqlar, Türkiyə ilə İsrail arasındakı münasibətlərin normallaşma ərəfəsində olduğunu qeyd edən məqaləsi dərc olunub. SİA xəbər verir ki, İsrailin Qəzzada apardığı əməliyyatlar, məskunlaşma siyasəti və Türkiyəni narahat edən digər amillər fonunda baş tutuan telefon danışığı hər kəs üçün gözlənilməz olub.

Bundan başqa İsrailin Aralıq dənizinin şərqindəki neft və təbii qaz ehtiyatlarının istismarı ilə bağlı Kipr, Yunanistan və Misir rəhbərləri ilə apardığı danışıqlar və atılan addımlar da bu danışığın digər istiqamətə yönləndirilməsini təmin edə bilərdi. Amma Türkiyə Prezidentini siyasi gedişi bölgədəki digər aktorları çaş-baş salıb.

Ərdoğanın Hersoqla telefon danışığı zamanı bunları qeyd edib: “Bütün fikir ayrılıqlarına baxmayaraq İsrail ilə təmasların və dialoqun davam etdirilməsinə böyük əhəmiyyət veririk”.

Hersoq da öz növbəsində Türkiyə-İsrail münasibətlərinin normallaşmasının təhlükəsizlik və Yaxın Şərqin sabitliyi üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə