Ermənistanda yeni parlament niyə toplaşmır? - TƏHLİL

Ermənistanda yeni parlament niyə toplaşmır? - TƏHLİL

Qeyri-adi hadisələr ölkəsində növbədənkənar seçkilərin baş tutmasına ehtimal vermək olardı. Lakin bu seçkidən sonra da “Vətəndaş sazişi partiyası”nın daha çox yer tutmuş olması və hələ də hakim partiya olaraq qalması böyük kütlələri yanıltmış oldu. Belə ki, ölkənin proposional seçki sistemindən bu cür xətaları gözləmək olardı. Rəqib partiyaların koalisiyalarına rəğmən Nikol Paşinyan və komandası ən çox səsi yığmağa nail olmuşdu. Nəticələr elan olunan kimi ölkədə bir xaosdan digəri doğdu. Artıq bu ölkə öz demokratik əsaslarının halına yanmağa başladı. Uzun müddətdir qərbə doğru getdikləri uzun yolun ən başına düşmələri onları daha da həyatdan soyutdu. Belə ki, hamıya bəlli olduğu kimi həmin yolun başında Rusiya tərəfi durur. Qonşuları və yaxın ətrafı nəzdində qərb meyilli siyasi qüvvələri uzaq tutmağa çalışan Rusiya, bu dəfə də öz məqsədinə nail olaraq Ermənistanı qərbin ağuşundan çəkə bildi. Biz bunu həm də 2-ci Qarabağ müharibəsinin axırlarında, 10 noyabr sazişində diplomatik danışıqlarda müşahidə etdik.

Belə olan halda ermənilər qərar veribmiş ki, Rusiya ilə baş tutacaq yeni bir yaxınlaşmanın sonuna çıxmaq üçün Paşinyanı mütləq devirmək lazımdır. Yəni itirilmiş Qarabağdan əlavə onlar həm də azadlıqlarının hayında olaraq növbədənkənar seçki qərarını vermişdilər. Digər tərəfdən onlar həm də itirəcəkləri digər Azərbaycan torpaqları barədə də narahat idilər. Seçki ərzindən revanşist partiyaların çağırışlardan yayınmaqda olan ermənilər, digər bir müharibənin sonları olacağından əmin idilər.

İndi isə məğlub ölkənin dərdləri bitmək bilmir. Ermənistan kontitusiyasına görə, növbədənkənar seçkidə formalaşan parlamentin ilk sessiyası, seçki nəticələrinin açıqlandığı gündən sonra ikinci bazar ertəsi çağırılmalıdır. Qeyd edək ki, seçkilərə 4 blok, 21 partiya qatılıb. İyunun 20-sində başlayan seçkinin nəticəsini Mərkəzi Seçki Komissiyası ayın 27-i açıqlayıb. Beləkilə 107 yerlik yeni parlamenti 71 mandatla “Vətəndaş sazişi partiyası” təmsil edir. Robert Koçaryanın Daşnaksütyun və eyni blokda olduqları "Dirçələn Ermənistan" Partiyası 29 mandat alıb. Serj Sarkisyan və Artur Vanetsyanın yaratdığı birlik isə cəmi 7 mandat alıb.

Qalib gələ bilməyən “Qürurluyam” blokları parlamentə düşə bilməyən “Erməni Vətəni” və “Oyanış” partiyaları Konstitusiya Məhkəməsinə üz tutublar. Baş Prokrorluq, Mərkəzi Seçki Komissiyası, Polis kimi orqanlar məsələni araşdıracaq. Hakim “Vətəndaş sazişi partiyası” isə üçüncü tərəf kimi istintaqda iştirak etmək istəyir. Bu o deməkdir ki, ölkənin hakim partiyası belə Ermənistan dövlətinin istinataqına şübhə və qərəzlə yanaşır, bir sözlə ona güvənmir. Bunun özü də özlüyündə faciədir. Hakim partiya dövlətinin ədalətinə inanmırsa, hakimiyyəti dövründə onu kökündən dəyişdirməsi mütləqiyyətə çevrilməlidir. Digər az mandatlı və mandatsız partiyaların şikayətini anlamaq olsa da Nikon Paşinyanın təmsil etdiyi “Vətəndaş sazişi partiyası”nın dövlətə qarşı şübhəsi ağılasığmazdır.

İstintaqa və şübhələrə rəğmən seçki nəticələrinin dəyişdirilməsinə və onun qeyri-qanuni elan edilməsinə inam çox azdır. Görünür ermənilər öz taleyi ilə razılaşmalı olacaq. Öz seçimləri və öz kinləri ilə yaratdıqları sərsəm hakimiyyətdən qaçmağın tək yolu, Qarabağ ermənisi kimi Azərbaycan vətəndaşlığı alıb xarici passportla ölkədən qaçmaqdır. Bəlli ki, kini və acgözlük ehtirasları ilə yaşayan bu xalq bizlə yaşamağa çox gec öyrəşə bilər.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə