Yaxud, gənc “liberallar” “siyasi təzyiqlərə məruz qalan” azərbaycanlıları necə “xilas” edirmişlər
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Baş prokurorluğunun İstintaq idarəsində ölkə vətəndaşlarının qanunsuz şəkildə xarici ölkələrdə “siyasi sığınacaq” almaları faktları ilə bağlı cinayət işi açılıb.

SİA xəbər verir ki, strukturun mətbuata yaydığı məlumatda bildirilir ki, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq-mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil etmişlər.

Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq davam edir.
Normal həyat şəraitlərini qoyub, rahat qazanc əldə edəcəklərini düşünən “aldanmış kəvakiblər” sonradan ayılanda isə artıq çox gec olub
Lakin bununla yanaşı qeyd etmək yerinə düşərdi ki, insanları aldadaraq, saxta sənədlərlə, eləcə də ölkəmizin maraqlarına zidd olan yalanları, böhtanları iictimailəşdirməklə xəyanətkar əməllər törədənlər haqqında məlumatlar ilk dəfədir üzə çıxmır.

Maraqlıdır ki, hazırkı dövrə qədər, yəni bir neçə ildir ki, “siyasi mühacir” adı altında xarici ölkələrə göndərilənlərin bir çoxları sonradan getdikləri ölkələrdə sahibsiz qalıblar, habelə onların əksəriyyəti yenidən Azərbaycana deportasiya olunublar. Bu fakt da sübut edir ki, sənədləri, şəxsiyyətləri araşdırılan həmin “siyasi mühacirlər” əslində heç bir siyasi təzyiqlərə, təqiblərə məruz qalmayıblar. Yəni mitinqlərdə şəkillər çəkdirib, sonradan bunun vasitəsi ilə "təzyiqlərə" məruz qaldıqlarını iddia edənlər öz qanunsuz əməllərinin qurbanlarına çevriliblər. Daha doğrusu, onlar Azərbaycanda radikal müxalifət təmsilçilərinin, partiya sədrlərinin və saxtakar QHT-lərin torlarına düşməklə sadəcə, aldadılıblar. Normal həyat şəraitlərini qoyub, rahat qazanc əldə edəcəklərini düşünən “aldanmış kəvakiblər” sonradan ayılanda isə artıq çox gec olub.
AXCP sədri Əli Kərimlinin, Müsavat partiyasının başqanı Arif Hacılının da bu kimi məsələlərdə izləri var

Əgər bu gün müxalifət fəalı Ramin Hacılının adı artıq neçənci dəfədir ki, bu kimi məsələlərdə hallanırsa, biz AXCP sədri Əli Kərimli, Müsavat partiyasının başqanı Arif Hacılı və digərləri barədə dəfələrlə eyni faktların şahidləri olmuşuq.


Özü də bunu biz deyil, məhz xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı jurnalistlər də danışıblar, yazıblar.
Nəticədə belə bir məsələ də ortaya çıxır ki, əslində, bənzər şəbəkələr daha dərindən araşdırılmalı və saxta sənədlər vasitəsi ilə insanları aldadıb xarici ölkələrə göndərən şəxslər ifşa olunmaqda davam edilməli, onların anti-Azərbaycan fəaliyyətlərinə son qoyulmalıdır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB