Azərbaycan anti-terror əməliyyatlarına başlayır? - PARLAMENTARİ DETALLARA TOXUNDU

Azərbaycan anti-terror əməliyyatlarına başlayır? - PARLAMENTARİ DETALLARA TOXUNDU

“Ermənistanın son zamanlar artan təxribatları sonrasında Azərbaycan anti-terror əməliyyatı həyata keçirə bilər. Azərbaycanın səbrli olmasının səbəbi üçtərəfli sazişin icrasını gözləməyimiz, Zəngəzur dəhlizinin açılmasını istəməyimizdir”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, həmçinin Azərbaycan uzun müddətli sürən sülhün tərəfdarıdır: “Ona görə revanşist qüvvələri cəzalandırmaq üçün hansısa əməliyyat keçirmək ümumi vəziyyəti dəyişdirməyəcək. Biz səbrlə onların öz üzərlərinə götürdükləri öhdəliklərin icrasını və Rusiyadan Ermənistanı buna məcbur etməsini gözləyirik”.

A.Mollazadə vurğulayıb ki, sərhəddəki təxribatlar Ermənistanın məhz Rusiyaya qarşı olan əməlləridir: “Onlar bununla demək istəyirlər ki, Rusiya sülhməramlıları heçnə bacarmadı və yaxşı olardı ki, bəlkə bura digər ölkələrin nümayəndələri gəlsin. Məqsədləri bundan ibarətdir. Bu oyunları hamı görür. Düşünürəm ki, Ermənistanın üçtərəfli sazişin icrasına tam məcbur ediləcək və Azərbaycanın "Dəmir yumruğu" yerindədir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə