“Xəritələrin Azərbaycana verilməsi ilk növbədə cənab Prezidentin praqmatik siyasətinin nəticəsidir. Yəni, biz bütün dövlətlərə göstərdik ki, ermənilər torpaqları hansı formada qoyub qaçıblar. Mən sizə deyim ki, orada Amerikanın özünün səyləri olub, Rusiyanın, bəzi başqa ölkələrin səyləri olub. Məsləhət görüblər ki, bu mina xəritələrini verməsələr artıq dünya ictimaiyyəti bunu qəbul etməyəcək.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
Millət vəkili vurğulayıb ki, bu özü cənab Prezidentin uğurlu beynəlxaq siyasətidir və bu siyasətin nəticəsidir ki, Ermənistan tərəfindən xəritələr verildi.
“Ermənilər xəritələri öz xoşuna, özbaşına verməyiblər. Onlar məcburiyyət qarşısında qalaraq bunu veriblər. Cənab Prezident humanistlik göstərdi və onların əsgərlərini qaytardı. Ölkə başçımız göstərdi ki, belə deyək, biz adi insanlarla müharibə aparmırıq.
Təbii ki, bizim iqtisadi inkişafımız üçün və Qarabağ regionunda sıçrayışlı inkişafı həyata keçirmək üçün alınan bu xəritələrin böyük əhəmiyyəti var. Zarafat deyil, ermənilərin üç rayonda 200 minə yaxın mina basdırıblar. Təsəvvür edin ki, az qala hər akvadrata tıxminən bir mina düşür. Ona görə mən düşünürəm ki, bu mühüm bir addım idi. Yenə deyirəm ki, ermənilər bu addımı məcburiyyət qarşsında qalaraq atıblar. Onlar bütün istiqamətlərdə uduzdular və onların qondardıqları arqumenti də qurtarıbdır. Mən inanıram ki, bəlkə də bu ilin axırına o sülh müqaviləsi bağlanacaq”, deyə Rüfət Quliyev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB