"Prezident hər zaman bu məsələləri qabardıb və önə çəkib" - DEPUTAT AÇIQLADI
"Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən gün 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardım ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzaladı. Ölkə başçısı bütün çıxışlarında və işğaldan azad olunmuş ərazilərimizə səfərlərində bu məsələləri daim qabardıb, önə çəkib". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Məmmədov deyib.
Onun sözlərinə görə, Sərəncamla da bu məsələlərin hamısı rəsmiləşib: “Yəni işğal olunmuş ərazilərimiz son dərəcə müasir qaydada, yüksək səviyyədə bərpa olunacaqdır. İndi görülən işlər artıq bunun göstəriciləridir. Ağdam şəhərinin Baş Planı, Şuşada görülən bərpa quruculuq işləri, Füzulidə yaradılan beynəlxalq hava limanı ilə birlikdə çəkilən avtomobil yolları, digər infrastruktur işlərinin hamısı ardıcıl olaraq, cənab Prezidentin nəzarəti altında dəqiq qrafik üzrə həyata keçirilir. İlk növbədə isə təhlükəsizlik tədbirləri görülür”.
Deputat həmçinin qeyd edib ki, düşmən ölkədən bu yaxın vaxtlarda Ağdam rayonunun minalanmış ərazilərinin xəritəsini aldıq: “Bunların hamısı “Böyük Qayıdış” planı üçün görülən tədbirlərdir. 44 günlük müharibə dövründə ermənilər Gəncədə, Tərtərdə, Goranboyda, Ağdamda, Bərdədə vətəndaşlarımızın əmlaklarına külli miqdarda zərər vurublar. Nə qədər insanlarımızın evi, malı, mülki, eləcə də ictimai, inzibati obyektlər dağıdılıb. Bunların hamısının bərpasına artıq başlanılıb. Bütün bu Sərəncamlar, Fərmanlar, Prezident tapşırıqları, tələbləri, göstərişləri, nəzarəti bizi doğma yurd-yuvamıza qayıtmağımıza hər an yaxınlaşdırır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB