"Ermənilərin ağıla gəlməyən yerlərdə mina basdırması..." - DEPUTAT DETALLARA TOXUNDU

"Ermənilərin ağıla gəlməyən yerlərdə mina basdırması..." - DEPUTAT DETALLARA TOXUNDU

"Biz Azərbaycan Prezident Ali Baş komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun gücü və şəhidlərimizin qanı ilə 44 gün müddətində torpaqlarımızı işğalçılardan azad etdik". Bunu SİA-ya açıqlamasında deputat Cavanşir Paşazadə deyib.

Millət vəkili bildirib ki, sonrakı dönəmdə və müharibə dövründə də ermənilər ümid edirdilər ki, mina basdırılan yerlərdən bizim əsgərlər keçib orada həlak olacaqlar: "44 günlük müharibədə istifadə etdiyimiz strategiyadan hazırda bütün dünya istifadə edə bilir.

Qeyd edim ki, mina zavodu Ermənistandadır. Ermənistan mina istehsal edən dövlətdir. Minaların bu günə kimi heç bir kontraktı, dünya üzrə heç bir satışı yoxdur. Bu zavodda istehsal olunan minaların hamısı Azərbaycanın işğal olunmuş bölgələrində basdırılıb. Qarabağda olduğum müddətdə mina çıxarılması prosesinin şahid oldum və mina təmizləmə əməkdaşı ilə danışdım. Danışıq zamanı məlum oldu ki, hər 3 metrdən bir mina basdırılıb.

Basdırılan minaların məişəti də bəlli deyil. Bəzi minalar isə dünyada qadağan olunan minalardır. Bu minaları basdırmaq və istifadə etmək qadağandır. Ermənistan işğalçılığından əl çəkməyərək bu minaları basdırıb. Azərbaycanın dəfələrlə müraciət etməsinə baxmayaraq ki, Ermənistan tərəfi hələ də basdırılan minaların xəritələrin verməkdə maraqlı deyil.

Erməni işğalçı dövlətinin hələ də terrorçu əməllərinin şahidi oluruq. İnsanların bir çoxu bu minalara düşür. Bu mənada vətəndaşlarımızın həsrətini hiss edirəm. Vətəndaşlarımız yaxınlarının qəbrini, evlərini görmək arzusundadırlar. Lakin, gözləmək yaxşı olar. Minalanma xəritəsi verilməsə də Azərbaycan dövləti bu sahədə işlər görür. Qeyd edim ki, artıq Türkiyədən də mina təmizlənmə texnikaları gətirilib".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə