“Hər şeyi gördük, bircə vətəndaş müharibəsi qalıb” SERJ SARKİSYAN

“Müharibədəki məğlubiyyəti, minlərlə gənc erməninin ölümü və hər şeyi gördük. Başqa nə qalıb? Bircə vətəndaş müharibəsi qalıb". SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu sözləri Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan "Mənim Şərəfim Var" blokunun seçkiqabağı təşviqatı çərçivəsində Vanadzor sakinləri ilə görüşü zamanı söyləyib.

“Bu adam açıq şəkildə deyir ki, səslərin 60 faizini almasa, problemlər yaranacaq. İstədiyini edir. Əlində nə olduğunu görürsən”, deyə Serj Sarkisyan seçki kampaniyası zamanı Paşinyanın əlindəki çəkicdən bəhs edib.

"Görünür, çəkicin ondan alınmasını və başına vurulmasını istəyir ki, başa düşə bilsin", deyə üçüncü prezident, bu çəkicin kim üçün nəzərdə tutulduğunu anlamağın lazım olduğunu söyləyib.

Xatırladaq ki, Ermənistanda seçki öncəsi vəziyyət daha da gərginləşib və tərəflər bir-birini nəinki tənqid, hətta təhqir və təhdid edir. Bu vəziyyətdə işğalçı ölkədə qarşıdurmaların gözləndiyi günün reallığıdır və məhz buna görə də bu ölkənin üçüncü prezidenti etiraf edir ki, Ermənistanda vətəndaş müharibəsi də artıq qaçılmazdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...