Ermənistan siyasi böhrandan çıxacaqmı? POLİTOLOQDAN ŞOK AÇIQLAMA

“Ermənistan hazırda parlament seçkiləri ərəfəsindədir. Bu ölkədə mövcud durumda hakimiyyətlə müxalifəti arasında parlament qarşıdurması ilə bağlı gərgin qarşıdurma müşahidə olunur. Bu baxımdan, Ermənistanda siyasi böhran yaşanır və parlament seçkiləri ərəfəsində hakimiyyətin müxalifətin, müxalifəti isə hakimiyyətin ünvanına səsləndirdiyi ittihamlar bu siyasi böhranı daha da dərinləşdirir”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov bildirib.

Onun sözlərinə görə, hər iki tərəf seçki ərəfəsində səs qazanmaq üçün kompromant variantlara əl atırlar: “Bu da siyasi divident qazanmaq istəyindən irəli gəlir. Bütövlükdə Ermənistandakı mövcud duruma ən ciddi şəkildə təsir göstərən faktor əlbəttə, Azərbaycan və Ermənistan arasında məlum müharibə zamanı Ermənistan tərəfinin Azərbaycana uduzması oldu və bu da Ermənistanda böyük şok yaratdı. Bu gün Ermənistanın iqtisadiyyatı ağır durumdadır. Erməni siyasətçilərinin dediyinə görə, əgər pandemiya olmasaydı, bu ilin axırına qədər Ermənistanı 350 mindən yuxarı erməni vətəndaşı tərk edərdi. Digər tərəfdən, erməni ordusu elə bir duruma düşüb ki, bu ordu nəinki Azərbaycana qarşı müharibə aparmaq, ümumiyyətlə, özünün təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Yəqin elə ona görədir ki, Ermənistanın sərhədlərini Rusiya dövlətinin sərhədçiləri qoruyurlar”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə