YAP Gədəbəy rayon təşkilatının üzvləri şəhidin məzarını ziyarət ediblər FOTOLAR
11.06.2021-ci il tarixdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Gədəbəy RİH başçısının 1-ci müavini Natiq Nağıyev, YAP Gədəbəy rayon təşkilatının gənclər birliyinin üzvləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin rəisi polkovnik leytenant Eldəniz Süleymanlı, deputat Sevinc xanım Hüseynovanın köməkçisi Elxan İsmayılov, eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirakı ilə 44 günlük Vətən müharibəsində vətənimizin müdafiəsi uğrunda öz canlarından keçən Şəhidimiz- rayonun Qoşabulaq kənd sakini 27 yaşlı Quliyev Nofəl İlham oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub. Ziyarətçilər şəhidin məzarına tər güllər düzüblər. Daha sonra ailəsi ilə söhbətlər aparılıb, onların qayğı və problemləri dinlənilib.
Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB