AXCP yetkilisi Əli Kərimlini ifşa etdi TƏRS BAXIŞ+FOTOLAR

AXCP yetkilisi Əli Kərimlini ifşa etdi TƏRS BAXIŞ+FOTOLAR

Trol şəbəkəsi yenidən üzə çıxdı – bu dəfə Tofiq Yaqublunun hesabına

YAP-ın sosial media qrupunun rəhbəri Ramil Vəlibəyovun Tofiq Yaqublunun ifşasına dair danılmaz faktlara əsaslanan statusu, yəni “Milli Şura”nın koordinasiya şurasının üzvü olan Yaqublunun 60 minlik bahalı avtomobilə sahib olması, eləcə də digər ifşaları nədənsə AXCP üzvlərini ciddi təlaşlandırıb.

Facebook səhifəsində paylaşılan həmin statusun şərh bölümündə yaşanan olay isə istər-istəməz diqqət çəkib. Belə ki, sosial şəbəkələrdə istifadəçiləri ən ağır formada təhqir etməyi ilə tanınan cəbhəçi yetkili qadın Dilarə Miriyeva yenə də ağası Əli Kərimlinin söyüş maşını roluna girərək şərh bölümündə özünü necə deyərlər, “axrıncı yola” qoyub.

Dilarə Miriyeva bir anın içində özü də bilmədən Əli Kərimlini və üzvü olduğu AXCP-nin trolluq fəaliyyəti ilə məşğul olduğunu ifşa edib

Digər şərhlərə nəzrə saldıqda isə Dilarə Miriyevanın çoxlu sayda səhvlər buraxmış olduğu həmin şərhinin bütün istifadəçilərə cavab olaraq copy-paste (köçürmə) etmələri məlum olub. Fakt olsun deyə cəbhəçi qadının trollinq fəaliyyətini təqdim etdiyimiz fotoda nümayiş etdiririk. Yəni bu danılmaz, təkzibolunmaz faktdır ki, AXCP sədri əslində partiya idarəçiliyi ilə məşğul olmur, o, sosial şəbəkələrdə trol şəbəkələri vasitəsi ilə özünün iyrənc oyunlarını davam etdirir. Beləliklə, Dilarə Miriyeva bir anın içində özü də bilmədən Əli Kərimlini və üzvü olduğu AXCP-nin trolluq fəaliyyəti ilə məşğul olduğunu ifşa edib. Necə deyərlər, kor-kor, gör-gör...

Bu cür suallar əlbəttə ki, ictimaiyyəti narahat edir və cavab istəyir!

Tofiq Yaqubluya gəlincə isə, onun 60 min manatlıq maşın sürməsi sosial şəbəkələrdə əsl fırtına effekti yaradıb. Sosial şəbəkə istifadəçiləri sual edirlər ki, heç bir yerdə işləmədiyini deyən, gəliri olmayan, özünü fağır, kasıb kimi təqdim edən Tofiq Yaqublu 60 min manatlıq maşını nə ilə, hansı pulla alıb? Bu qədər var-dövlət sahibi olan, ən azından 60 min manatlıq maşın sürən Tofiq Yaqublu bu günə qədər neçə şəhid ailəsinə və qaziyə yardım edib?

Bu cür suallar əlbəttə ki, ictimaiyyəti narahat edir və cavab istəyir. Axı o, hər gün canlı yayımlarda ağzı köpüklənə-köpüklənə şəhid ailələrinin, qazilərinin maddi durumunun "aşağı olmasından", onlara diqqət və qayğının "olmamasından" gileylənir. Bəs özü 60 min manatlıq maşın ala bilirsə, nə üçün bu günə qədər həmin o "diqqət" və "qayğıdan" kənarda qalmış şəhid ailələrinə və qazilərə yardım əlini uzatmır? Bir də ki, nəyə görə Əli Kərimlinin söyüş maşını Dilarə Miriyevaya demir ki, “ay adam, bəsdir bu qədər söyüş yazdın, yazdıqca bizi daha çox ifşa edirsən”? Yəqin bu yaxınlarda onun bu addımı atacağını düşünmək olar. Axı get-gedə çirkab batalıqda daha çox batmağa başlayırlar, özü də bu dəfə birdəfəlik...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə