Filip Riker, “meymun” dediyin az deyilmiş, hələ bir əldə uzadırsan? ANALİTİK+FAKT

Filip Rikerin ölkəmizə səfəri başa çatdı və bu barədə məlumatlar verərkən, onun fəaliyyətinin görünməyən tərəflərini diqqətə çatdırdıq.

Linkə bax: https://sia.az/az/news/politics/874727.html

Ancaq məsələnin daha bir tərəfi də budur ki, Riker ABŞ adminstrasiyası tərəfindən qondarma erməni soyqırımının tanıması üçün ən çox təşəbbüs göstərən şəxslərindən biridir. Amma..!

Amma onun erməni yandaşı qismində fəaliyyəti bununla da başa çatmır və həmin fəaliyyətini onun verdiyi bəyanatından da gördük. Özünü “ədalət carçısı” kimi təqdim edən Riker Ermənistanın Azərbaycana mina xəritələrinin verməli olduğunu deyib və mina partlayışları səbəbindən həyatlarını itirən azərbaycanlılara görə “təəssüf hissi” keçirdiyini bildirib (?!). Bəli, yalnız quruca və heç də səmimi görünməyən “təəssüf”!

Lakin burada daha bir məqamı da xatırlatmağa ehtiyac duyduq. Sirr deyil ki, ABŞ-ın mövcud Ağ ev administrasiyasının, yəni demokratların iqtidarlarının əsas fəaliyyət rıçaqı Cors Soros və ona bağlı olan təşkilatlardır. “Açıq Cəmiyyət İnstitu”nun nəzdində isə onlarla təşkilatlar var ki, onlardan biri də USAİD adlı qurumdur. Bu qurum Azərbaycanda işləməsinə (əslində kəşfiyyat xarakterli məlumatlar toplamaq, ölkədəkii qərəzli siyasi partiya və QHT-lərlə iş qurmaq və onu “humanitar” adı ilə pərdələmək) baxmayaraq, uzun illərdir ki, qondarma “DQR”də böyük maliyyələr xərləyib, üstəlik minaların təmizlənməsi üçün xüsusi mütəxəssislər də cəlb edib. Bu haqda da SİA olaraq məlumatlar vermişdik və mina xəritələrinin onlarda da olaması mümkünlüyünü qeyd etmişdik. Bu zaman Filip Rikderdən soruşmaq lazımdır ki, nəyə görə uzağa gedirsən, elə xəritələri USAİD-dən və onun Cənubi Qafqaz üzrə nümayəndəsi Samanta Pauerdən istə da...

Linkə bax: https://sia.az/az/news/politics/874312.html

Amma bir-bir...

Bəli, qondarma genosidin tanımasında bu şəxsin xüsusi rolu olub. Belə ki, Bayden Ağ evi şübhəli seçkilərdə ələ keçirdikdən sonra ABŞ-ın erməni diasporası ilə Bayden arasında “genosidə” dair danışıqları kim əlaqələndirib? Bəli, yanılmadınız, məhz Filip Riker!

Yeri gəlmişkən, bu haqda nüfuzlu Politico nəşri yazmışdı.

Linkə bax: https://www.politico.com/news/2021/04/24/biden-armenia-genocide-484544

Amma bu kəsin erməni daşnaklarına, ultra-millətçilərinə sevgisi heç də əsassız deyil. O da məlumdur ki, Filip Riker ümumiyyətlə, özünün fəaliyyət göstərdiyi regionlarda daim neonasist qruplarla əməkdaşlıq edib, məsələn Balkan ölkələrində. Və buna görə həmin ölkələrdə Rikeri ikiüzlü və riyakar adlandırıblar. Səbəb isə odur ki, bir tərəfdə Riker nasistləri dəstəkləyir, digər tərəfdən isə “holokost” üzrə nümayəndə qismində fəaliyyət göstərirdi. Onun təzadlı fəaliyyəti isə nəticədə riyakar fərd olduğunu sübuta yetirib.

Mətbuatın gözündən Rikerin ultra-millətçi liderlərlə görüş tərzi də yayınmayıb, belə ki, o başqalarında fərqli olaraq görüşlər zamanı belələri ilə möhkəm qucaqlaşır. Yeri gəlmişkən hələ həmin dövrlərdən Rikeri Sorosun “Rəngli inqilablar konsepsiyası”nın icraçılarından biri kimi tanıyırlar. Belə videolardan biri ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

Linkə bax: https://www.youtube.com/watch?v=HG6tfvFKQ6E

Və məhz belə qeyri-etik, riyakar davranışlarına, hərəkətlərinə görə, habelə Sorosun tapşırıqlarını yerinə yetirdiyinə görə Balkan regionunda Rikeri yuxarıda qeyd olunanlarla yanaşı, həm də “axmaq” adlandırırdılar.

Linkə bax: https://balkan-spezial.blogspot.com/2019/02/der-dumme-philip-reeker-und-der.html

İndi də bu sosorsçu, ermənipərəst, neonasist vurğunu bizə deyir ki, minaların xəritələri verilməlidir, sərhədlərin delimitasiyası olmalıdır, və amerikalılar özləri demiş “bla,bla,bla”…

Yaxşı, xəritənin səndə də olması ehtimalları kifayət qədər mümkün görünür və nəyə görə özünü o yerə qoymursanda, səbəbini də bilirik. Delimitasiya məsələsini isə ona görə qaldırırsan və sonra deyəsən ki, ABŞ hərbçiləri bu prosesdə iştirak eləməlidirlər, və onlar sərhədə yerləşdirilməlidilər (?!).

Fəqət, heç də narahat olmayın, tulanız Paşinyan bu haqda demişdi, yadımızdadır. Şübhəsiz ki, buna qəti şəkildə yol vermək olmaz və verilməyəcək də! Regionun öz söz sahibləri var və okeanın o tayından kimlərinsə “xilaskar amerika əsgəri” göndərilməsinə də ehtiyac-filan duyulmur.

Amma gəlin görək, Filip Rikerin məntiqsiz və ümumiyyətlə milli-dövlətçilik maraqlarımıza qarşı olan digər sərsəm təklifləri daha nələrdən ibarətdir?

Baxın və nəticə çıxarın:

- İki ölkə arasında sülh sazişi imzalanmadan, sərhəd zolağı qarşılıqlı qaydada tanınmadan, indiki vəziyyətdə o ərazilərə sırf ermənipərəst qüvvələrin yerləşdirilməisi sülh sazişinin Ermənistanın xeyrinə imzalanmasına xidmət edir.

- İkinci mərhələdə dövlətlərarası sərhədlərdə ABŞ müşhidəçiləri yerləşdirildikdən sonra, ABŞ müşahidəçiləri Qarabağda Azərbaycanın ordusunun və erməni terrorçularının nəzarətində olan ərazilər arasında yerləşdirəcək və bununla da Azərbaycan ordusunun nəzarəti məhdudlaşdırıla bilər.

- Üçüncü mərhələdə ABŞ qondarma “DQR”in tanınmasını həyata keçirə bilər. Unutmamalıyıq ki, qondarma soyqırımının tanınması da buna doğru hesablanmış mənfur, xəyanətkar və əsaslı sayılmayacaq addımlardan biri idi.

Bu arada Məşədi İbadın bir sözü yada düşür ki, meymin dediyin az deyil, hələ mənə əl də uzadırsan?

Biz hər şeyi görürük…

Beləliklə, Filip Rikerin həm də USAİD-ə yaxın olması, həmçinin minalanmış ərazilərə aid xəritələrin bu qurumun da əlində olması ehtimalı mövcuddursa, biz bu adama təxminən belə bir xitab edə bilərik: “Elə bu səbəbdəndə bizə minalanma xəritələrini vermirsiniz ki, biz bu sərsəm şərtləri qəbul edək. Elə bu səbəbdən ilk dəfədir ki, birinci Azərbaycana gəlib sonra Ermənistana gedirsən ki, bizim rəyimizi öyrənib, ermənilərə növbəti sərsəm bəyanatlara dair tapşırıqlar verəsən”.

Şübhəsiz ki, bu təklifə yalnız rədd cavab verilməlidir və verilir də. Qarşılıqlı təklif kimi belə bir nəzəriyyə ortaya qoymaq olar ki, müşahidəçilər minalanmış xəritələr Azərbaycana təhvil verildikdən, iki ölkə arasında sülh sazişi və sərhədlər razılaşdırıldıqdan sonra yerləşdirilə bilərlər ki, imzalanmış sazişin icrasına nəzarət etsinlər.

O ki, qaldı yerli müxalifət “liderlərinin”, siyasiləşmiş və fəaliyyətlərində şübhələr olan QHT-lərin bu kəslə görüşməsinə, nə deyə bilərik ki, dolların gücü böyükdür, bəzilərinin gözlərini kor edir və onlar dollar paylayanın öz ölkələrinə nə qədər qeyri-səmimi, düşmən mövqeyində dayandığını ya görmürlər, ya da özlərini görməməzliyə vururlar. Amma biz, dövlətini, dövlətçiliyini sevənlər hər şeyi görürük...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə