Kəllə-kəlləyə: Sorosun “Avatarı” Bayden- Putinə qarşı REZÜME

Kəllə-kəlləyə: Sorosun “Avatarı” Bayden- Putinə qarşı REZÜME

Nəyə görə məhz bu iki ölkə rəhbərlərinin görüşü daim diqqət mərkəzində olur? Nəyə görə əvvəllər məhz belə görüşlərdən digər dünya ölkələri özlərinin taleyinin həllini gözləyirdilər? Bəli, artıq gözləyirdilər demək olar. Belə ki, Azərbaycan öz taleyini öz əlinə alaraq bu “asılılıq” ənənəsini dəyişdi. Və əgər Azərbaycan indi bu görüşdən nəsə gözləyirsə də, o da görüşəcək hər iki tərəfin Ermənistana olan təsir imkanlarında istifadə edərək, onu Azərbaycanın bütün şərtlərini qəbul etməkdən başqa yolun olmadığını birdəfəlik başa salmalarıdır...

Amma qayıdaq görüşün əhəmiyyətinə. Görüşün qəflətən və əslində, təcili təşkili hansı zərurətdən yarandı? Belə ki, artıq bir o qədər də fövqəl birgə müdaxilə tələb edən hər hansı bir qlobal təhdid yoxdur. Bütün mövcud problemlər illər boyu davam edən mübahisələrin və proseslərin davamıdır. Yeganə təcili müdaxilə edən məsələ Covid-19 idi ki, o da artıq səngiyir.

Görüşün təşəbbüskarı kimi niyə ABŞ çıxış etdi?

Baydenin hakimiyyətə “yuxulu Co” kimi gəlməsi ciddi saxtakarlıq iddiaları fonunda prezident seçildikdən sonra isə ictimaiyyət qarşısına çıxmaqdan imtinasının nəticəsi olaraq “ələkeçməz Co” kimi adlandırılması yenicə hakimiyyəti ələ keçirmiş demokratlar üçün böyük təhlükəyə çevrilirdi.

Baydenin nadir çıxışlarındakı ciddi qüsurlar, ona təqdim olunan çıxışları belə səlis oxuya bilməməsi, fiziki durumuna dair suallar yaradan hərəkətləri, onun həqiqətən də dövlət başçısı ola biləcəyinə böyük şübhələr yaratdı. Bayden administrasiyasının nüvə silahında istifadə prosedurlarına dair sorğuları isə hətta ABŞ-ın hərbi elitasını (!!!) ayağa qaldırdı və onlar (100 nəfərdən çox general və admiral heyəti) ABŞ-ın ciddi idarəetmə böhranı içində olduğunu bəyan etdilər.

Nəticədə, Soros başda olmaqla Baydenin hakimiyyətə gətirən qüvvələr ictimaiyyətin fikrini yanıltmaq üçün mənasız təxribata əl atdılar: süni müsahibə quraraq Baydenə tapşırdılar ki, o Putini “qatil” adlandırsın. Bu, şübhəsiz ki, bir PR addım idi, və Putinin özü də bunu əlbəttə yaxşı bilirdi. Sorosçular bu addımla guya amerikalılara sübut etmək istədilər ki, sizin yeni lideriniz çox cəsarətli bir adamdır ki, bütün dünyanı “gərgin” saxlayan Putini “qatil” adlandırır.

Bir addım irəli, iki addım geri - ABŞ diplomatiyasında böhran cücərtiləri

Lakin Putin demokratların bu təşəbbüsünü dərhal alt-üst elədi. O, əvvəl Baydeni faktiki “xəstə” adlandıraraq “can sağlığı” arzuladı, sonra isə debata çağırdı və bu təşəbbüsü ilə sorosçuları tam tərksilah etdi. Fəqət, Putinin təşəbbüsünə cavab da son dərəcə gülməli, hətta istehzaedici oldu: Baydenin vaxtı yox imiş...

Əlbəttə ki, Baydenin fiziki və əqli durumu ona imkan verə bilməzdi ki, saatlarla yüzlərlə şəxsin qarşısında çətin suallara məharətlə cavab verən Putinlə üz-üzə gəlsin. Müasir jarqonla desək, Putin Baydeni “söndürərdi”...

Putinlə oyunun alınmadığını görən sorosçular bu dəfə növbəti sərsəm addıma əl atdılar. Baydenə elə bir təşəbbüs fikirləşdilər ki, guya bunların öz aləmində indiyənə kimi heç bir prezidentin buna cəsarəti çatmamışdı (əslində, bunu etməməkdə ağıllı olmuşlar). Belə çirkin addım qondarma erməni soyqırımının tanınması bəyanatı oldu. Deməli, Rusiya tərəfə tüpürdükləri qayıdıb özlərinə dəydiyi üçün, digər nüfuzlu və güclü dövlətə qarşı təxribata əl atdılar. Ola bilsin, “genosidi” tanımadan öncə Baydenin Ərdoğana zəng etməyinin elə səbəbi də o olmuşdu və Bayden Ərdoğana yalvararaq onu, yəni Türkiyə prezidentinin ABŞ prezidentinin bu hərəkətini anlamağı xahiş etmişdi.

Lakin bu addım da əks nəticə verdi və Türkiyə bu əsassız ittihamı, onun üzərinə həmişəlik vurulan bu “damğanı” qəbul edə bilməzdi və Ərdoğanın son çıxışında, hətta Türkiyənin NATO sıralarını tərk etmək mümkünlüyü barədə bəyanatı ilə narazılığını ifadə etmişdi.

Burda bir haşiyəyə çıxmağa gərək var. Bir çoxları, o cümlədən Azərbaycanda hesab edirlər ki, Baydenin “genosid” ifadəsini işlətməsi son dərəcədə əhəmiyyətsiz bir addımdır. Təəssüf ki, belələri yanılır. Hədislərin birində deyilir: “Bir damla murdar su bir qab suyu murdarlaya bilir. Bir damla təmiz su bir qab murdar suyu təmizləyə bilməz”. Baydenin bəyan etdiyi “genosid” bütün böyük Türk dünyası üzərində yuyulmayan “qara ləkədir” və bizlərə qarşı həmişə istifadə olunacaq.

Və hər uğursuz addımdan sonra ABŞ diplomatiyası geri çəkilir. Putinin qatil adlandırılmasını jurnalistin hiyləgərliyinə bağlayır. Rusiya ordusunu Ukraynanın sərhədinə gətirən kimi, Ukraynadan geri çəkilir. “Genosid” bəyanatında sonra Türkiyənin strateji tərəfdaş adlandırır. Ümumiləşdirərək deyə bilərik ki, ABŞ diplomatiyasının hərəkətləri Vladimir İliç Leninin “Bir addım irəli, iki addım geri ” ifadəsini xatırladır. Nəzərə alsaq ki, Demokratları dəstəkləyən ABŞ-ın solçu qüvvələrinin lideri sorosdur, buna təəccüblənməyə ehtiyac qalmır.

Tərəflərin görüşməkdə gerçək məqsədləri nədir?

Beləliklə, Rusiya və Türkiyəyə qarşı atılan virtual həmlələr uğursuz oldu və əksinə Baydenin onsuzda olmayan reytinqini artıq mənfi rəqəmlərə enməyə başladı. Soros təcili variant fikirləşməli oldu, və yeganə mümkün variant kimi, Baydenin Putinlə təkbətək görüşü gündəmə gəldi. Təkbətək görüşdə kənar şəxslər olmur, görüşdən sonra isə istənilən bəyanat vermək olar. Hətta deyə bilərlər ki, Bayden Putinin qalstukundan tutub özünə doğru çəkib və dişlərini sıxaraq Krımı Ukraynaya qaytarmağı tələb etdi (Saakaşvili özünün Putinlə görüşünü məhz belə təsvir etmişdi).

Putin isə bütün bunları çox gözəl bilir, başa düşür və onsuz da bugünkü gündə dünyada bütün proseslərə ən çox nəzarət edən tərəf də Rusiyadır. ABŞ-ın isə zəif olması Rusiyaya dünya hegemonluğunu yürütmək üçün daha əlverişli imkanlar yaradır. Üstəlik, Putin bilir ki, o faktiki olaraq müstəqil düşüncəli şəxslə deyil, onun da düşməni olan Sorosun “Avatarı” ilə görüşür. Məhz bu baxımdan, Putin dərhal bu görüşə razılıq verdi ki, həmin görüşlə ABŞ-ı tam “sındıraraq” bir daha bütün dünyaya ABŞ-ın deyil, artıq Rusiyanın diktə etməyə başladığını isbatlasın.

Niyə məhz Cenevrə?

Görüşdən öncə onun keçiriləcəyi yerlə bağlı müxtəlif versiyalar var idi. Versiyalardan biri hətta görüşün Bakıda keçiriləcəyi mümkünlüyünü gündəmə gətirmişdi və buna əsas kimi, tərəflərin yüksək rütbəli hərbi məmurlarının mütəmadi olaraq məhz bizim paytaxtda görüşdüklərini əsas gətirirdi.

Bundan başqa, bir çox ölkələr özləri təşəbbüs göstərərək tərəflərin görüşünü onların ərazisində keçirilməsini təklif edirdilər. Lakin tərəflər öz seçimini məhz Cenevrə üzərində saxladılar. Şübhəsiz ki, burda müəyyən tarixi, texniki, və iqtisadi amillər var. Məsələn, Cenevrə balaca şəhərdir və orada təhlükəsizliyi təmin etmək asandır. Cenevrə daim beynəlxalq əməkdaşlıq mərkəzi olub və o səbəbdən bu şəhərin bütün infrastrukturu bu kimi görüşlərin keçirilməsi üçün həmişə hazırdır. Həm Rusiyanın, həm ABŞ-ın hazırda İsveçrə ilə heç bir ciddi problemləri yoxdur və belə bənzər əsasları çox göstərmək olar.

Ancaq görüş yerinin məhz Cenevrə olması özü-özlüyündə artıq bir mesajdır. Və ənənəvi beynəlxalq siyasət mərkəzinin görüş üçün seçilməsinin dünyaya verdiyi mesaj odur ki, bu görüş “adi ənənəvi ikitərəfli beynəlxalq görüşdür və bu görüşdən qeyri adi heç nə gözləməyin”. Bir sözlə, tərəflər Cenevrəni seçməklə bu görüşdən talelərinin həllini gözləyən xalqlara mesaj verdilər ki, ümidlərinizi və istəklərinizi cilovlayın və radikal nəticə gözləməyin...

Görüşün gündəliyində hansı məsələlər dayana bilər?

Yuxarıda qeyd etdiyimiz kimi, bu görüş sırf kəşfiyyat xarakterli görüş olacaq və onun hər hansı ciddi nəticə hasil edəcəyinə ehtimal yoxdur. Tərəflər sadəcə bir-birini daha yaxşı tanımağa çalışacaqlar və əlavə zəif nöqtələrini axtaracaqlar ki, növbəti zərbəni haradan endirsinlər. Amma hətta kəşfiyyat xarakterli görüşdə tərəflərin fikir istiqamətini öyrənmək üçün müəyyən məsələlər müzakirə olunmalıdır. Şübhəsiz ki, müzakirələrin əsas mövzusu demokratları dalana dirəmiş etmiş Ukrayna məsələsi olacaq. Bayden Putindən bütün mümkün variantları soruşacaq ki, sonradan o ideya ətrafında səylərini toplasın və nə isə hasil edə bilsin, eləcə də beynəlxalq miqyasda bir nəticə əldə etsin. Amma ola bilsin ki, Bayden Ukrayna məsələsinə də əli boş gəlməsin. Maraqlıdır, Bayden Ukrayna məsələsinin çözülməsi əvəzinə Putina nə təklif edə bilər? Putin bütün məsələlərdə artıq öz tam qalibiyyətini təmin edibdir. Yeganə məsələ “Şimal axın 2” məsələsi idi ki, onu da Merkelin əli ilə həll edib.

Həmçinin, ola bilsin ki, Bayden görüşdə demokratların ənənəvi “birinci sən, sonra mən” taktikasından istifadə etsin. Xatırladaq ki, məhz bu taktikanın hesabına Kennedi vaxtı ilə “Karib Böhranın”ın həllinə nail olmuşdu. Bu taktikanın əsas mahiyyəti ondadır ki, ABŞ liderləri daim öz ölkələrindəki vəziyyəti mürəkkəb olduğunu əsas gətirərək rəqib dövlətlərlə müəyyən razılığa gəlirlər, lakin xahiş edirlər əks tərəf öz öhdəlikləri birinci yerinı yetirsin, sonra isə demokratlar bunu öz uğurları kimi qələmə verərək, cəmiyyəti inandırmağa başlayırlar ki, gəlin biz də müəyyən güzəştlərə gedək. Amma məsələ burasındadır ki, Putin Xruşşov və digərlərindən fərqli olaraq daha dürüst siyasətçidir, və müxtəlif siyasi oyunlar əvəzinə birbaşa hərəkətlərə üstünlük verir. Bu səbəbdən, Putinin demokratların bu ənənəvi oyununa qoşulub-qoşulmayacağı sual altındadır.

ABŞ-ın özünün səlahiyyətində olan yeganə təklif edəcəyi güzəşt onsuz da hər hansı bir mahiyyətini və təsirini itirən müxtəlif növ sanksiyaların ləğv edilməsidir. Lakin çətin ki, Putini bu boş və mənasız güzəştlərlə Ukraynada hansısa güzəştə getməyə inandırsın.

Digər əsas məsələ kimi Türkiyənin dünya siyasində oynadığı rolun əhəmiyyətli dərəcədə artması ilə ola bilər. Türkiyənin Yaxın Şərqdə, Cənubi Qafqazda, eləcə də Avropada aktor olaraq çıxış etməsi danılmazdır. O cümlədən, Türkiyənin bir tərəfdən NATO çərçivəsində ABŞ-la əlaqələri var, digər tərəfdən isə Ankara Moskvanın hazırda faktiki olaraq yeganə dünya miqyasında mümkün təsirə malik olan müttəfiqidir.

Ancaq onu da unutmamalıyıq ki, Rusiya ilə ABŞ-ı birləşdirən faktiki yeganə ortaq məsələ ermənilərə olan sevgidir. Lakin ABŞ bu sevgini Paşinyanla yaşamaq istəyir, Putin isə digərləri (keçmiş iqtidar liderləri) ilə. Odur ki, bu kontekstə müəyyən müzakirələr aparıla bilər və ola bilər ki, məhz bu görüşdə Ermənistanın gələcək rəhbərinin kim olacağına dair yekun qərar qəbul olunsun.

Bu halda, müzakirələr zamanı Qarabağda baş verənlərlə bağlı müəyyən yanaşmalar mümkündür. ABŞ alver obyekti kimi ortaya qondarma “DQR” status məsələsini ata bilər və müqabilində yenə də Ukraynaya dair hansısa güzəşt tələb edə bilər. Amma yuxarıda qeyd etdiyimiz kimi, istənilən razılaşmaların nəticəsi görüşdən ən azı 3-6 ay ərzində icra olunmağa başlayacaqdır və biz real addımları sentyabrdan tez hiss etmək olmaz.

ABŞ-dan belə xəyanəti gözləmək olar, bəlkə elə bu səbəbdən ABŞ indiyədək regiondakı vəziyyətlə planlarını tam açıqlamayıb. Yəqin Putinlə görüşün nəticələrini gözləyirlər. Belə olduğu halda isə regiondakı vəziyyət yenidən alovlana bilər. Özü də bu dəfə ABŞ, Fransa, Kanada və digərləri Ermənistana birbaşa hərbi yardım göstərmək ehtimalları arta bilər. Bu həm texnika, həm hərbi ekspertlər, həm də xüsusi təyinatlıları göndərməklə həyata keçirilə bilər.

Və şübhəsiz ki, ABŞ müharibəyə hazırlıq üçün ölkəmizdəki “təsir agentlərinin” işə sala bilər ki, hərbi əməliyyatların hazırlanması üçün lazımı məlumatlar toplasınlar. Əbəs yerə deyil ki, ABŞ azad olunmuş ərazilərdə USAİD vasitəsi ilə öz QHT-lərinin fəaliyyətə başlaması istiqamətində ciddi addımlar atır və təkliflər irəli sürür. Məqsəd isə bəllidir - məlumat toplamaq!

Odur ki, Azərbaycan, Qarabağ status məsələsi tam bağlanmayanadək sülh sazişi imzalamayanadək, daim döyüşə hazır vəziyyətdə olmalı və azad olunmuş ərazilərə ABŞ təşkilatlarının və onlar tərəfindən maliyyələşən yerli təşkilatları buraxmamalıdır. Şübhəsiz ki, görüşün maraqlı keçməsi və gələcək siyasətin müəyyənləşdirilməsi üçün bir sıra digər məsələlər də müzakirə edilə bilər. Məsələn, kiber hücumlarin qarşısının alınması, post pandemiya iqtisadi inkişaf, Belarusiya, Suriya, Fələstin, Çin, Şimali Koreya, əlbəttə ki, Bayden yorulub yatmasa...

Aydınoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə