"Ya özü-özlərini məhv edəcəklər, ya da..." POLİTOLOQDAN SƏRT AÇIQLAMA
"Azərbaycan hər iki istiqamətdə Ermənistan ilə münasibətləri formalaşdırmağa hazırdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Məmmədov deyib.
Onun sözlərinə görə, birinci istiqamət neqativ ssenari idi: "Ermənistan qəbul edilmiş bəyanatların bənzərini həyata keçirtmədiyi üçün Azərbaycanın daha sərt mövqeyini görəcəkdir. Azərbaycan artıq yeni geosiyasi reallıqlarda heçnəyi gözləmədən birtərəfli addımlar atmağı bacaran və resursu olan dövlətdir. Burada maliyyə, insan və hərbi resursdan söhbət gedir. Azərbaycan son hadisələrdə sərhəddə baş verənlərlə yanaşı ölkəmizin qətiyyətini və bu məsələlərin tez bir zamanda həll olunmasını nümayiş etdirir. İkinci istiqamət isə pozitiv ssenaridir. Bu ssenarinin əsas şərti qarşılıqlı ərazi bütövlüyünü tanınmasından gedir".
Politoloq həmçinin qeyd edib ki, Azərbaycan yenə də ən ali səviyyədə öz konstruktivliyini nümayiş etdirir ki, hələ də Ermənistan üçün bu qapılar bağlanmayıb və məhz Ermənistanın mövqeyindən çox şey asılıdır: "Ya siyasətlərini davam etdirib, özü-özlərini məhv edəcəklər, ya da Azərbaycanla dil tapıb ölkəmizin şərtlərini qəbul edib, onun ərazi bütövlüyünü tanıyıb, nəqliyyat dəhlizlərinə maneə törətməməklə dövlət kimi qalacaqlar. Hər iki yola Azərbaycan hazırdır".
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB