Günümüzdə bəzən İslamın yaratdığı təzyiqlər, tədricən artmaqda olan radikallaşma, xurafat və təriqətçilik insanlarda ona qarşı fikirlər yaradır. Deizm günümüzdə buna ən böyük nümunədir. Türk torpaqlarında isə deizm özünü daha çox tenqriçilik kimi büruzə verir. Tarixi kökü çox qədim olan bu monoteist inanc, şamanizmlə qarışdırılmamalıdır. Eradan əvvəl 176-cı ildə Mete Xanın çinlilərə məktubunda "Tək olan Tenqrinin sayəsində qurtulduq" yazılırdı. Şamanizmdə isə ayinlər, ruhlarla edilirdi. Öncəni görmə, gələcəyi dəyişmək və s. bu yolla edilirdi. Tenqriçilik başqa cür desək, Göy Tanrı inancında totemlərə inam yox, pərəstiş vardır. Bunun səbəbi isə totemlərdə, məsələn ağacın, çayın, qurdun yaradılışında Tanrı xislətini görmələri idi. Onlar Tanrıya işarə etdikdə yuxarı baxır, səmanı işarə edirdilər.
Hətta türklərin Ərgənəkondan çıxışında da Tanrı tərəfindən göndərilmiş boz qurd onlara yol göstərmişdir. Belə ki, dəqiqliklə desək, tenqriçilikdə bütlərə pərəstiş, çoxallahlılıq, tanrılara insan xisləti yükləmək, radikallıq və zorakılıq yoxdur. Sırf bu səbəblərdən, insanlar böyük sürətlə bu inancı araşdırır, onu seçir, bir sözlə öz soy-kökünə qayıdır.
Çoxmuzun maraqla izlədiyi "Quruluş Osman"da son vaxtlar olan dəyişiklərə nəzər salacağıq. İslamın obaya tam gəlişi ilə artıq neçə bölümdür ki, "türk" sözünü eşitmək çətinləşib. Qayı boyunu simvolizə edən bayrağın dəyişərək, islam hilalı olan bayraqla dəyişdirilməsi isə bir başqa məsələdir. Eyni zamanda göytürklərdən qalmış göy rəngin də dəyişməsi türkçüləri daha da qıcıqlandırdı. Bamsı bəyin, Savcı bəyin "bayraq dəyişdirilməz!" etirazlarına Osmanın cavabı isə molla rejiminin bu serialdakı təsirini göstərirdi. Eyni zamanda moğolların gülünc vəziyyətə salınması, qədim türklərin Tanrısı olan Erlik (Yerlik) yer Tanrısının şamançılığa daxil edilməsi və s. qəbul edilməzdir.
Heç nə türkün törəsini, tarixini, mənliyini unutdurmalı, ikinci dərəcəli etməli deyil. Bu ən mükəmməl din İslam olsa belə. Türklüyümüzlə kəsişən hər nöqtədə islami ünsür üstün gələcəksə, bir müddət sonra etnik bağımızı itirəcəyik. Necə ki, bizdən bir zamanlar “siz kimsiz? “ soruşanda müsəlmanıq deyirdik. Bu vəziyyət Səfəvilər dövlətindən Çar Rusiyasının tərkibində olduğumuz müddətə qədər davam etdi. Xoşbəxtlikdən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində türkçülük şüarları var idi. Biz bunu romantik ədəbiyyat üslubunda, Hüseyn Caviddə, Əhməd Cavadda və başqalarında görürdük. Siyasi fəlsəfəçilərdən isə Əhməd bəy Ağaoğlu millətimizin kimliyini xatırlatmışdı. SSRİ dönəmində isə pasportlarımızdan türk adı silindi. SSRİ-nin son nəfəslərində isə yenə xalqımız öz etnik bağına qayıtdı və ruslaşmadan qurtula bildi. Daha sonrasında isə Ulu öndər Heydər Əliyevin tutduğu yol ilə getdik. Nəticədə türkləşməklə bərabər mültikultural dəyərlərimizi də sabitlədik. Çünki bütün dünyaya bəllidir ki, türkçülük ən multikultural ideyalogiyadır.
Öz mahiyyətindən və mükəmməliyindən müsəlmanlar sayəsində uzaqlaşan islamdan çox türkçülüyümə ehtiyyac var. Belə ki, Fələstinin, İranın ermənipərəst mövqeyi vətən müharibəsində çox aşkar idi. Qardaş ölkədən isə sivil əhali belə bizlə çiyin-çiyinə döyüşmək üçün sərhəddimizə axışırdı. Digər tərəfdən Xəzər ətrafında yaşamış yəhudi Xəzər türkləri, Azərbaycan yəhudiləri və s. amillər İsraili də bizə strateji müttəfiq və dost ölkə etmişdi. Yəni biz bu müharibədən türk olduğumuz üçün qalib çıxdıq. Türkün törəsindəki çox mədəniyyətlilik ətrafında, dəmir yumruq kimi birləşərək qalib gəldik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB