“Bu gün elə bir dövrdəyik ki, tutduğu mövqeyindən, siyasi baxışlarından asılı olmayaraq hamı Azərbaycan dövlətinin yanında olmalıdır. Yəni Azərbaycan hakimiyyətinin bugünkü ərazi bütövlüyünüzlə bağlı apardığı siyasətini dəstəkləməlidir. Çünki ermənilərin ağır məğlubiyyəti təkcə ermənilərin deyil, bir sıra onun havadarlarını da ciddi narahat edir və Azərbaycana qarşı təzyiqlərini artırıb”. Bunu “Səs” qəzetinə açıqlamasında AMİP funksioneri Əli Orucov deyib.
Ə.Orucov bu kimi amilləri nəzərə alaraq hər kəsin Azərbaycanın maraqlarını hər şeydən üstün tutulmalı olduğunu bildirdi: “Kim hansı mövqedədir, yəni radikaldır və yaxud da loyaldır, bir sözlə, hansı mövqedə olmasına baxmayaraq, ilk növbədə, göz önünə Azərbaycanın düşdüyü indiki durumu və geosiyasi vəziyyəti nəzərə almalıdır. Hər halda həmin şəxslərin də fikirləri müəyyən dairələrdə müəyyən siyasətin həyata keçirilməsində önəmli rol oynamasa da, hər halda bizim əleyhimizə olan qüvvələrin əlinə bir girəvə də düşürülməsinə imkan verilməməlidir. Bu baxımdan, düşünürəm ki, bu həssas məqamda diqqətli olmaq lazımdır. Yəni Azərbaycanın maraqlarına xələl gətirəcək və kimlərinsə əlinə bəhanə verəcək nələrəsə yol verilməməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB