"Azərbaycan Belarusiya arasındakı münasibətlər..." - EKSPERT RƏYİ

"Azərbaycan və Belarusiya arasında münasibətlərin zəngin tarixi var. Təbii ki, burada həm SSRİ dövrü, həm də SSRİ-nin süqutundan sonrakı dövrü nəzərdə tutmaq olar. Azərbaycan və Belarusiya 1991-ci ildə SSRİ-nin dağılmasından sonra yeni mərhələyə qədəm qoymuş oldu. Müstəqilliyimizin ilk dövrlərindən başlayaraq Azərbaycan Belarusiya ilə siyasi, iqtisadi və hərbi sahədə əlaqələri daha da inkişaf etdirməyə başladı. Azərbaycan və Belarusiya arasında təkcə ikitərəfli münasibətlər deyil, eyni zamanda regional və beynəlxalq səviyyədə də münasibətlər inkişaf etməkdədir. Bu təşkilatlar sırasında regional səviyyəli MDB daxilində, beynəlxalq səviyyədə isə BMT-ni qeyd etmək mümkündür". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Siyasi şərhçinin sözlərinə görə, baxmayaraq ki, Belarusiya düşmən dövət Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında və Gömrük Birliyində təmsil olunurlar, amma yenə də Azərbaycanla münasibətlərə olduqca həssaslıqla yanaşır: "Azərbaycan zaman-zaman Belarusiyadan böyük miqdarda silah-sursat alıb. Bunların arasında Ermənistanı daha çox narahat edəni məhz Polonez raket kompleksidir. Bir müddət əvvəl Belarusiya prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfər etməsi və bu səfər çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşməsi, eyni zamanda tərəflər arasında siyasi, ticarət və iqtisadi sahədə bir neçə müqavilənin imzalanması onu göstərir ki, tərəflər arasında əlaqələr sürətlə inkişaf etməkdədir".

S.Hümbətov vurğulayıb ki, nəhayət, Belarusiya müdafiə naziri Viktor Xreninin Azərbaycana səfəri və bu səfər çərçivəsində ölkə başçısı cənab İlham Əliyevlə görüş keçirməsi Azərbaycan-Belarusiya əlaqələrinin siyasi, iqtisadi sahədə olduğu kimi hərbi sahədə də sürətlə inkişaf etməsindən xəbər verir: "Burada onu da qeyd etmək lazımdır ki, Azərbaycan və Belarusiya arasında 2020-ci ildə ticarət dövriyyəsi 313 milyon dollar təşkil edib. Bu da onu deməyə əsas verir ki, tərəflər arasında qarşılıqlı təşəbbüs mövcuddur".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...