“Ermənistan revanş fikirlərinə son qoymalıdır” DEPUTATDAN SƏRT TƏPKİ
Ermənistan parlamentdə çıxış edən hakim “Mənim addımım” fraksiyasının deputatı Viktor Enqibaryan ölkə ictimaiyyətinə müraciət edərək, Qarabağ məsələsini həmişəlik unutmağa çağırıb. O bildirib ki, bundan sonra Qarabağ məsələsini geridə qoymaq lazımdır: “Cəmiyyətimiz Qarabağ məsələsinə çox həssas yanaşmamalıdır. Buna artıq son qoymalıdır”, – deyən Enqibaryan erməniləri “qorxulardan qurtulmağa”.
Məsələ ilə bağlı SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bunları deyib: "Ermənistanda Enqibaryanın ifadə elədiyini bir çox vətəndaşlar dəstəkləyir. Onlar çox gözəl bilirlər ki, müharibə istəyən, hərbi cinayətlər törədən hakimiyyət Ermənistanı tam iflasa uğratdı. Korrupsiya sistemi Ermənistanda yaşayan insanları səfalət vəziyyətinə saldı və hər şeyi onlar Qarabağ şuarı ilə həyata keçirirdilər. Onlar Azərbaycan ərazisinin işğalı və Türkiyəyə, Gürcüstana, Azərbaycana öz ərazi iddiaları ilə əslində Ermənistanı və hər bir erməni vətəndaşını böyük təhlükə qarşısında qoydular.
Bu gün Ermənistanın yeganə çıxış yolu revanş fikirlərinə son qoymaq, qonşulara qarşı ərazi iddialarını dayandırmaq və əməkdaşlıq barədə düşünməkdir. Çox təəssüf ki, tam fərqli düşünən, aqressiv erməni diasporası var ki, onların təzyiqləri, Ermənistanda yenidən hakimiyyətə gəlmək istəyən hərbi cinayətkarlar qrupu Ermənistanı bu yoldan döndərmək istəyirlər. Əslində, belə bir cəhdlər olarsa, Ermənistanın bir dövlət kimi mövcudluğu şübhə altında olacaq və onları böyük qardaşları, heç kim xilas edə bilməyəcək”-deyə Asim Mollazadə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB