İqor Korotçenko: “Qarabağdakı son təxribatların arxasında Fransa dayanır”
“Qarşıda 9 May Qələbə Günü var. Rusiya sülhməramlılarının paradı olacaq və əlbəttə, bu fonda faşist düşmənlərə heç bir abidə ola bilməz. Bu abidə dərhal sökülməli və buldozerlə yerə vurulmalıdır ki, bu nasist cinayətkarından bir daş parçası da qalmasın”- politoloq deyib.
Xocavənddə hitlerçi-faşist Njdenin abidəsinin qorunması üçün #EtoVamNeArmavir şüarı altında həyata keçirilən həyasız kampaniyadan bəhs edən analitik, kampaniyanın müəllifləri olduğu iddia edilən J.Sefilyan və A.Çavuşyanın Yaxın Şərqdən gələn mühacirlər olduğuna diqqət çəkdi.

Politoloq Qarabağdakı son təxribatların arxasında Fransanın olduğunu da əlavə etdi.
“Unutmayaq ki, ASALA terror təşkilatı Livanda yerləşirdi və Yaxın Şərqdən olan insanlar tərəfindən Dağlıq Qarabağın işğalı zamanı oraya yerləşmə təsadüfi deyildi. Sifarişçiləri üçün- Fransızlar üçün suyu bulandırmağa davam edəcəklər. Njdenin abidəsinin orada olduğu və erməni faşizminin simvolik xarakterini daşıdığı müddətdə sülh olmayacaq”- deyə analitik vurğulayıb.
“Fransanın Hitler koalisiyasının bir ölkəsi olduğunu xatırlayaq (Viçi rejimi - Fransanın cənubundakı nasistlərin kollaborasionist rejimi nəzərdə tutulur - red). Hitlerçi cani Njdeyə abidə qoyulmasına görə Parisdən niyə etiraz yoxdur? Paris partizan kimi susur.
Fransa dağıdıcı mövqedədir. Hətta obyektiv hesab edilə bilməz. Bölgə işlərinə müdaxiləsinin mənfi nəticəsi olacaq”- deyə ekspert yekunlaşdırdı.
Elçin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB