“NATO Ermənistanla hərbi əməkdaşlıqda maraqlı deyil” Artak Zakaryan
İndi NATO-ya deyil, yalnız Rusiya ilə əməkdaşlığa diqqət yetirməliyik. SİA xəbər verir ki, Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan bunu NEWS.am müxbirinə verdiyi müsahibəsində deyib.
Keçmiş müdafiə nazirinin müavini, Ermənistan rəhbərliyinin NATO-nun "Defender Europe 21" təlimlərində iştirakdan imtina qərarına istinad edib. Onun sözlərinə görə, bu gün Ermənistan Silahlı Qüvvələrinin qarşısında yenidənqurma və dərin böhran əleyhinə islahatlara hazırlıq vəzifələri durur.
O, beynəlxalq hərbi təlimlərin xarici siyasətin bir hissəsi olduğunu qeyd edib. "Düşünürəm ki, NATO artıq Ermənistanla hərbi əməkdaşlıqda maraqlı deyil", deyə Artak Zakaryan bunu açıq şəkildə bəyan edib.
Keçmiş nazir müavini xatırladıb ki, bir neçə il əvvəl Ermənistan "Noble Partner 2017" hərbi təlimlərinə qatılmaqdan imtina etdikdə, "Soros müxalifətçiləri" indikindən fərqli olaraq öz səslərini qaldırırdılar.
“Bəs niyə indi də eyni şeyi etmirlər?”, deyə Zakaryan sual edib.
Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi bundan əvvəl ölkənin Silahlı Qüvvələrinin NATO-nun “Defender Europe 21” təlimlərinə qatılmayacağı barədə bir açıqlama yaymışdı. Görünür, işğalçı ölkə öz hərbi potensialının yox dərəcəsində olduğu səbəbindən bütün tədbirlərdən yayınır və Ermənistan indi bütün sahələrdə olduğu kimi, hərbi sahədə də böhranlı vəziyyəti etiraf etmək məcburiyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB