“Tarix saxtalaşdırıla bilməz” ÖZƏL-MÜNASİBƏT

“Tarix saxtalaşdırıla bilməz” ÖZƏL-MÜNASİBƏT

“Amerika prezidenti Cozef Baydenin verdiyi bəyanat tamamilə absurddur. Tarixi saxtalaşdırmaq istəyi təkcə indi yox illərdir var. Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev də onu tarixi səhv adlandırıb”. Bunu “Səs” qəzetinə açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, dövlət başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayıb: “Bəli tarix saxtalaşdırıla bilməz! Demokratiyanın hökm sürdüyünü bəyan edən bir dövlətin başçısından belə bəyanatın səsləndirilməsi həqiqətən gülüncdür. Burada hansı demokratiyadan, hansı insan haqları, dövlətlər arası münasibətdən söz gedə bilər? Bu bəyanat qardaş ölkə Türkiyə və Amerika münasibətlərinə nə dərəcədə mənfi təsir göstərəcəksə eyni hal Azərbaycan və Amerika münasibətlərinə də öz təsirini göstərəcəkdir. Çünki, biz qardaş dövlətlərik. Birmənalı olaraq Türkiyəyə edilən yanlışlıq həm də, bizə edilmiş sayılır. Qardaş dövlətə dəstəyini Cənab Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı da bildirmişdir. Söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu da bildirib”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə