Türklüyə düşmən olanlarla yalnız güc dilində danışmaq olar - ŞƏRH ÖZƏL
“Ermənistanın 30 il ərzində işğalçı siyasəti nəticəsində demək olar ki, Azərbaycanın mədəni-tarixi abidələri yerlə yeksan edilib və etnik təmizləmə, soyqırım həyata keçirilib. Məhz Ermənistan rəhbərliyi bu illər ərzində işğalla yanaşı separtçı bir qurum yaradıb. Fikir versək bu illər ərzində faşizmin təzahürünü biz aydın şəkildə görə bilərik. Çünki Ermənistan dövləti faşist Njdeni ideallaşdırmaqla bu ideyanı dövlət siyasəti edib”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, xüsusilə bu siyasəti Azərbaycana qarşı reallaşdırıb: “Xocalı soyqırımı, Qaradağlı, Ağdaban və Başlıbel faciələri Ermənistanın faşist siyasətinin bariz nümunəsidir. Məhz biz bununla bağlı beynəlxalq məhkəməyə müraciət etməliyik. Hələ də Ermənistanda faşizm hökm sürür. Bu, Ermənistanın dövlət siyasətidir. Hazırda müharibə bitib. Post-müharibə dövründə biz əməkdaşlıq məsələlərini müzakirə etməliyik. Amma Ermənistan birbaşa Azərbaycana qarşı humanitar qaydaları pozur”.
M. Əsədullazadə vurğulayıb ki, buna misal olaraq minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməklə birbaşa bəynəlxalq hüququ saymır: “Bu, onu göstərir ki, Ermənistana qarşı daha da biz ciddi təzyiqlər etməliyik. Bu gün ərazilərimizdə bütün infrastruktur dağıdılıb. Bunun təzminati ödənilməlidir. Bununla bağlı beynəlxalq məhkəməyə müraciət edib, Ermənistandan təzminat tələb etməliyik. Təssüf ki, türklüyə qarşı düşmən olan bir toplumla qonşuyuq və bunlara qarşı biz yalnız güc dilində danışmalıyıq. Bu gün Ermənistan müharibədən sonra da öz çirkin siyasətindən əl çəkmir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB