Çexiya NATO-ya ortaq açıqlama verməyi təklifi etdi Rusiya ilə bağlı
Çexiya, Şimali Atlantika İttifaqını Rusiya ilə bağlı ortaq bir açıqlama vermək təklifi edib. SİA xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin Twitter hesabında məlumat yayılıb.
Məlumatda qeyd olunur ki, Praqa, rus diplomatlarının qovulmasından və Moskvanın sonrakı cavabından sonra belə bir addım atmağa qərar verib.
"Çexiya bu günə qədər göstərilən həmrəyliyə görə müttəfiqlərinə təşəkkür edib və NATO səviyyəsində ortaq bir bəyanat istəyib", deyə nazirliyin açıqlamasında bildirilir.
Xatırladaq ki, bir gün əvvəl, 20 aprel tarixində, bir NATO iclası zamanı Çexiya blokdakı müttəfiqlərinə Rusiya səfirliyinin 18 əməkdaşının qovulmasının səbəbləri və Rusiyanın sonrakı cavab tədbirləri barədə məlumat verib. Qeyd edək ki, bir qədər əvvəl Çexiya səlahiyyətliləri, Rusiyanın 2014-cü ildə Vrbetitsadaki bir sursat anbarında baş verən partlayışda qondarma "iştirakı" ilə bağlı şübhələrini artırıblar və Moskva da bu ittihamları əsassız və etibarsız adlandırıb.
Nəzərə çatdıraq ki, Rusiya adekvat olaraq Çex səfirliyinin 20 işçisini “persona non qrata” elan edib və diplomatlar artıq ölkəni tərk ediblər. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova, Moskvanın bu addımının Praqanın təcavüzkar hərəkətlərinə adekvat bir cavab olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB