Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini separatçılarla nə bağlayır?

Toyvo Klaarın mandatı ümumiyyətlə Qarabağ problemi ilə məşğul olmağa hesablanmayıb!

Görünür, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar hansı mandata sahib olduğunu unudub. Buna sübut kimi isə onun aprelin 14-də İrəvanda özünü “artsaxın xarici işlər naziri” adlandıran David Babayan adlı quldurla şəxsi söhbətini göstərə bilərik. SİA xəbər verir ki, bu barədə rusdilli "Caliber" informasiya analitik resursu yazır. Belə ki, Azərbaycanın diplomatik mənbələrinin adıçəkilən resursa bildirdikləri məlumata görə, Klaar həmin görüşlə bağlı Azərbaycan tərəfinə (XİN-ə, yaxud digər müvafiq diplomatik dairələrə) müraciət etdiyini desə də, sözügedən görüş ərəfəsində rəsmi Bakıdan heç bir müsbət cavab verilməyib.

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bu kimi addımı Azərbaycan tərəfinin quruma qarşı etimadını itirib

“Mühüm olaraq qeyd edilməlidir ki, Klaarın mandatı ümumiyyətlə Qarabağ problemi ilə məşğul olmağa hesablanmayıb. Aİ-nin özü dəfələrlə vurğulayıb ki, mövcud məsələ ilə məşğul olmur, belə ki, belə bir yuruduksiya ATƏT-in Minsk qrupuna aiddir. Eyni zamanda aydın deyil ki, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi nəyə görə separatçı Babayanla görüş keçirib”, informasiyada bildirilir. SİTAT: “Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bu kimi addımı Azərbaycan tərəfinin quruma qarşı etimadını itirib, hansı ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi səviyyəsində rəsmi bəyan olunmuşdu”.

Bildirilir ki, bəli, Babayanla görüş İrəvanda keçib. Lakin buna və Klaarın mövcud görüşün Azərbaycana qarşı heç bir halda hörmətsizlik məqsədi daşımaması ətrafındakı bəyanatına, həmçinin onun Azərbaycanın suverenliyini dəstəkləyən sözlərinə baxmayaraq, bütün bunlar separatçıların nümayəndələri ilə bənzər görüşlərin keçirilməsinə sakit yanaşmaya imkan verməməlidir.

“Ona görə də, bizimlə həmsöhbətlərin sözlərinə görə, artıq bu gün Azərbaycanın Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə əməkdaşlığı sual altında qalıb”, deyə qeyd olunur.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə