Zohrabyan Paşinyanı manipulyasiya etməkdə günahlandırıldı

Ermənistanın baş naziri Nikol Paşinyan dünən parlamentdə seçki kampaniyasına başlayıb və manipulyasiya yolu ilə problemli məsələlərdən yayınmağa çalışıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri jurnalistlər ilə söhbətində "Çiçəklənən Ermənistan" fraksiyasından millət vəkili Naira Zohrabyan söyləyib.

Qeyd edək ki, Paşinyan, 18 Martda Respublika prezidenti Armen Sarkisyan və üç parlament fraksiyasının liderləri ilə siyasi məsləhətləşmələrdən sonra, erkən parlament seçkilərinin iyunun 20-də keçiriləcəyini elan edib. Bir gün əvvəl isə Paşinyan ölkə parlamentində çıxış edərək millət vəkillərinin suallarını cavablandırıb və bir sıra açıqlamalar verib.

Zohrabyan, Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin hərəkətlərinin onun rədd edilməsinə səbəb olduğunu söyləyib.

"Dünən Paşinyan seçki kampaniyasına başlayıb və kampaniya zamanı ona veriləcək bütün sualları gizlətmək üçün yalan danışır, manipulyasiya edir və cavabdehlikdən boyun qaçırmağa çalışır", deyə Zöhrabyan bildirib.
Xüsusilə, Zohrabyana görə, Paşinyandan müharibənin 4-cü günü keçmiş Baş Qərargah rəisinin dediklərini yalanlamaqla yenə də manipulyasiya edir.

“Ona elə gəlir ki, kampaniya zamanı problemli olacaq bütün bu məsələlərin qarşısını aldı. Ancaq dünənki açıqlamalarıyla özünü başqa bir çıxılmaza sürüklədi”, deyə Zöhrabyan əlavə edib.

Xatırladaq ki, 14 aprel tarixində Ermənistan parlamentində çıxış edən baş nazir, Onik Qasparyanın müharibənin 4-cü günü Təhlükəsizlik Şurasının iclasında itkiləri təqdim etdiyi 17 noyabr tarixli açıqlamasına toxunub. Silahlı Qüvvələrin vəziyyətlə bağlı qiymətləndirməsi və 2-3 gün ərzində müharibəni dayandırmaq üçün addımlar atılması lazım olduğu barədə təklifini yalanlayıb. Bir növ Paşinyan Qasparyanın üzünə durub və belə bir təklif etmədiyini israrla bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə