Üsyançı hərbçilərdən necə yaxa qurtarmalı? "Joxovurd" qəzeti yazır

Əsas hədəflərdən biri Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturovun oğlu - Qriqori Xaçaturovdur. SİA xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazır.

Qəzet öz mənbələrinə istinadən Ermənistan Silahlı Qüvvələrinin strukturunda dəyişikliklərin, müharibədən sonra ordu sıralarının düzəltmək, sərhədləri möhkəmləndirmək və müqavimət göstərmək üçün həyata keçirilmədiyini yazır.

Diqqətə çatdıraq ki, Artak Davtyan qalmaqallı şəkildə Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən azad edildi və sonra bir qalmaqalla Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə qayıtdı, ayrıca, Nikol Paşinyana qarşı çıxan və istefasını tələb edən hərbçiləri, korpus komandirlərini ayrı-ayrılıqda cəzalandırdı.

Xatırladaq ki, 40 hərbçi Onik Qasparyanın bəyanatını imzalayıb.

"Əlbəttə ki, əsas hədəflərdən biri də Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yuri Xaçaturovun oğlu - həm 44 günlük Artsax müharibəsi zamanı, həm də İyul hadisələri zamanı fəallığı və peşəkarlığı ilə fərqlənən Qriqori Xaçaturovdur. Beləliklə, peşəkar hərbçilərin qiymətləndirməsinə görə Artak Davtyan ordunu alt-üst etməkdə davam edir”, deyə qəzet yazır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə