Rusiyanın Ermənistana xəyanət edib-etmədiyi sualı Koçaryan tərəfindən cavablandırıldı
Ermənistandakı bəzi qüvvələr anti-Rusiya isterikasını alovlandırmağa çalışırlar. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan Respublikasının ikinci prezidenti Robert Koçaryan bunu Birinci Kanalda “Pozner” proqramının efirində Rusiyanın Ermənistana xəyanət edib etmədiyi sualını cavablandırarkən söyləyib.
“Bu mövzu uzun müddətdir, müharibədən əvvəl də, əsasən Ermənistandakı Rusiya yönümündən narazı qüvvələr tərəfindən səsləndirilir. İndi yeni bir vəziyyət ortaya çıxıb və bu qüvvələr anti-Rusiya duyğularını alovlandırmaq üçün mümkün olan maksimum cəhdlər göstərirlər. Ancaq müharibəni provokasiya edən Rusiya deyildi. Əksinə, Rusiya onu dayandırmaq üçün əlindən gələni etdi”, deyə Koçaryan bildirib.
O, Rusiya Prezidenti Vladimir Putinin 19 oktyabrda Azərbaycan əhalisinin Şuşaya qayıtması şərtilə hərbi əməliyyatların dayandırılması ilə bağlı məlum təklifini xatırladıb. Koçaryana görə, müharibəni tamamilə fərqli bir uyğunlaşma ilə dayandırmaq üçün bir fürsət var idi, ancaq Ermənistan baş naziri Nikol Paşinyan belə bir qərara görə məsuliyyəti öz üzərinə götürmədi. Nəticədə, Ermənistan 19 oktyabr tarixindən qat-qat çox itirdi.
Ümumiyyətlə, Rusiyanın Azərbaycana silah verməsi ilə necə əlaqəli olduğu sualına cavab verən Koçaryan, Rusiya olmasa da, Azərbaycanın başqa yerlərdən silah ala biləcəyini söyləyib.
Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistanın dövlət başçıları - Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan 9 noyabr 2020-ci il tarixində Qarabağda atəşkəsə dair birgə bəyanat qəbul ediblər. Bəyanata görə, Dağlıq Qarabağda tam atəşkəs 10 Noyabrda qüvvəyə minib və erməni tərəfi işğal etdiyi əraziləri təhvil verməyə razılaşıb. Bundan sonra isə Ermənistan müxalifəti ölkə hakimiyyətini günahlandırmağa başlayıb və istefa tələbi ilə çıxış edir. Hətta işğalçı ölkə vətəndaşları, ələlxüsus müxalifət düşərgəsi olanlarda Rusiyanı ittiham edir və onlara qarşı xəyanətdə günahlandırır.
Görünür, Ermənistanın ikinci prezidenti ölkə vətəndaşlarını belə yanlış fikirdən yayındırmağa çalışır və Rusiyanın əslində Ermənistanı ən acınacaqlı sonluqdan xilas etdiyi barədə fikir formalaşdırmağa çalışır. Heç şübhəsiz ki, işğalçı ölkənin ikinci prezidenti Rusiyaya çox sığınır və hətta bu ölkənin prezidentinə yaltaqlanmaq üçün əlindən gələni etməyə hazırdır və edir də. Doğrudur, Koçaryanın belə yaltaqlıqda məqsədi hakimiyyətə gəlmək üçün yenə də Rusiyanın dəstəyini qazanmaqdır. Amma bu da reallıqdır ki, həqiqətən də Ermənistan Rusiyanın sayəsində müharibədə ən acı sonluqdan xilas oldu və indi az-çox Ermənistanın nəyi isə qalıbsa, ermənilər buna görə ruslara borcludurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB