"Çərşənbə günü, saat 14:00-da, Sevan şəhərində görüşəcəyik" İşxan Saqatelyan

"Çərşənbə günü, saat 14:00-da, Sevan şəhərində görüşəcəyik" İşxan Saqatelyan

Mübarizəyə qoşulun, şər hökumətini uzaqlaşdırın, milli və güclü bir dövlət yaradın, çərşənbə günü saat 14:00-da Sevan şəhərində görüşəcəyik. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Vətənin Qurtuluşu Hərəkatının koordinatoru İşxan Saqatelyan öz Facebook səhifəsində yazıb.
"Milli və güclü dövlət istəyirsinizsə, təhlükəsizliyin məhv edilməsini dayandırmaq istəyirsinizsə, ordunun məhvinin qarşısını almaq istəyirsinizsə, mübarizəyə qoşulun, şər hökumətini uzaqlaşdırın, milli və güclü bir dövlət yaradın. Çərşənbə günü, saat 14:00-da Sevan şəhərində görüşəcəyik”, deyə İşxan Saqatelyan yazıb.
Xatırladaq ki, dünən Vətənin Qurtuluş Hərəkatı Dəmirçyan küçəsini açdığı, tərk etdiyi və bölgələrə səfərlərə başladığı barədə bir bəyanatla çıxış edib. Görünür, Ermənistan müxalifəti mövcud hakimiyyətə qarşı tədbirlərini dayandırmaq niyyətində deyil və hakimiyyətin istefası tələbində israrlıdır və bu baxımdan mübarizəsini başqa müstəviyə daşımağı planlaşdırır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə