“İskəndər" faktı: Rusiya Qarabağ müharibəsində birbaşa iştirak edib? ŞƏRH

“İskəndər" faktı: Rusiya Qarabağ müharibəsində birbaşa iştirak edib? ŞƏRH

Aleksey Arestoviç: "Bu, onların siyasətidir, onlar sona qədər rədd edəcəklər"

44 günlük Vətən müharibəsi zamanı "İskəndər" əməliyyat-taktiki komplekslərindən istifadə mövzusu Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən Şuşa şəhəri yaxınlığında iki raket parçasının tapıldığını bildirməsindən sonra yeni bir inkişaf aldı.

Xatırladaq ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, hərbi əməliyyatlar zamanı ölkəsi "İskəndərlərdən" istifadə etsə də, onların partlama həddi 10% nisbətində olub. Onun bu ifadələri Kremldə hiddət yaratdı, nəticədə Paşinyan sonradan iddia etdi ki, sözlərini dezinformasiyalaşdırıblar. Lakin Şuşada raket parçaları tapılandan sonra təsdiq olundu ki, artıq bu fakt baş verib və "İskəndərlər" şəhərə atılıb.

Ukraynalı hərbi ekspert: "Bənzər hadisə 2008-ci ildə Gürcüstanda baş vermiş müharibədə yaşanıb"

SİA xəbər verir ki, mövzu ilə bağlı rusdilli caliber analitik informasiya mərkəzinə Ukraynanın tanınmış hərbi şərhçisi Aleksey Arestoviç aydınlıq gətirib. Xüsusilə müharibənin sonunda "İskəndərlərin" artıq Azərbaycan əagərlərinin daxil olduğu Şuşaya atılmasının nə məna kəsb etməsi ilə bağlı məsələyə şərh verən ukraynalı ekspert bildirib ki, bənzər hadisə 2008-ci ildə Gürcüstanda baş vermiş beşgünlük müharibədə yaşanıb. Onun sözlərinə görə, ruslar müharibənin sonunda Qori şəhərinə məhvedici başlığı olmayan raket atmışdılar. SİTAT: "Bu, hərbi şəraitdə atış dəqiqliyini yoxlamaq üçün edilib. Təqribən desək, raketlər müəyyən kəsişməyə tərəf nişan alır və hədəfdən 300 metr aralıya düşürlər. Bundan sonra hədəfdən yayınma faktorunun hesablanması aparılır. Eyni vəziyyət Poti limanında da baş verib. Zərbə heç bir hərbi əhəmiyyət daşımadığı halda endirilmişdi. Düşünürəm ki, eyni məsələ sizdə də baş verib".

Arestoviç: "Rusiya ordusunun bizim ölkənin şərqində ard-arda səkkizinci ildir ki, döyüşmələri ümumi metodun göstəricisidir"

Ukraynalı ekseprtin sözlərinə görə, caliber analitik informasiya mərkəzinin YouTube-də hazırladığı videoda da "İskəndərlərin" müxtəlif modifikasiyalarından danışılır – "İsgəndər E", "İskəndər M". "Bu, mühümdür, ancaq raketin özündən bilmək olmur ki, o hansı buraxılış qurğusundan atılıb. Uzaqlığına görə, Şuşaya qədər "İskəndər E" də çata bilər. Ona görə də, hesab etmək olar ki, hərbi şəraitdə partlayıcısı olmayan boş bir raketi dəqiqliyini ölçmək üçün ata bilərlər. Çox yəqin ki, belə də olub", Aleksey Arestoviç deyib.

Qeyd edək ki, Azərbaycanda zərbələr qeydə alınmayıb, belə ki, raketlər partlamayıb. Lakin Rusiyadan da bəyan edilmişdi ki, nəzarət sistemləri buraxılışı qeydə almayıblar. Sözügedən məsələyə də aydınlıq gətirən ekspert deyib ki, bu rusların standart siyasətidir, axı onlar hər şeyi rədd edirlər. SİTAT: "Ukraynanın şərqində bizə bir neçə rus hərbçiləri əsir düşmüşdülər, Moskvada isə iddia edirdilər ki, onlar orada iştirak etmirlər. Ancaq buna baxmayaraq həmin hal həm bizim həm də qərb kəşfiyyatı tərəfindən qeydə alınmışdı. Rusiya ordusunun bizim ölkənin şərqində ard-arda səkkizinci ildir ki, döyüşmələri ümumi metodun göstəricisidir. Ancaq bu, onların siyasətidir, onlar sona qədər rədd edəcəklər".

Hərbi şərhçi: "Bu, Rusiyanın müharibədə birbaşa iştirakıdır və rusiyalı sülhməramlıların statusunu şübhə altında qoyur"

"Şuşa olayı ilə bağlı onlar ümid edirdilər ki, raketin qırıntıları dağlarda sadəcə tapılmayacaq, yaxud tapsalar da, ondan baş aça bilməyəcəklər. Lakin indi Azərbaycanda ortamənzilli raketin hərbi və ya təlim məqsədi ilə atılması sübutu var. Versiyalardan biri də budur ki, raketləri rusiyalı mütəxəssislər atıblar. Bu isə Rusiyanın müharibədə birbaşa iştirakıdır və rusiyalı sülhməramlıların statusunu şübhə altında qoyur. Bundan əlavə şübhə yoxdur ki, Rusiya ötən payızda REP – "Borisoqlebsk" vasitəsi ilə radioelektron dalğaların qarşısının alınmasında iştirtak edib. Əməliyyat-taktiki komplekslərinin zərbəsi isə, hətta boş raket olsa belə, artıq yüksək gücə malik silahın Azərbaycan torpağında istifadəsi deməkdir. Bu, minimum qalmaqaldır və danışmaq lazımdır".

Raketin çox ehtimal ki, Ermənistanın ərazisindən, xüsusilə Gümrü bazasından atılması iddiasına gəlincə ekspert bildirib ki, əgər ruslar raketləri atıblarsa, onları Gümrüdən çıxarıblar. SİTAT: "Hər kəs iz qoyur, XXI əsrdə nəyi isə gizlətmək mümkün deyil. Kəşfiyyat, texniki imkanlar var ki, obyektiv nəzarət aparılsın. Trayektoriya hesablamaları, agentura məlumatları və mənbələr raketlərin haradan, nə vaxt və kim tərəfindən atıldığını göstərə bilər".

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə