Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov və ABŞ-ın Moskvadakı səfiri Con Sallivan, Vaşinqtonun başlatdığı iqlim sammitinə hazırlıq işləri və ikitərəfli gündəmdəki məsələləri müzakirə ediblər. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
"1 aprel tarixində Rusiya xarici işlər nazirinin müavini Ryabkov, ABŞ-ın Rusiyadakı səfiri Sallivan ilə görüşü baş tutub. ABŞ-ın təşəbbüsü ilə həyata keçirilən virtual iqlim sammitinə bəzi hazırlıq məsələləri və ikitərəfli gündəliyin bir sıra aktual məsələləri müzakirə edilib", deyə məlumatda bildirilir.
Qeyd edək ki, Ağ Ev əvvəllər ABŞ prezidenti Co Baydenin 22-23 aprel tarixlərində 40 dünya liderini iqlim danışıqlarına dəvət etdiyini təsdiqləyib. Görüş onlayn olacaq.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi əvvəllər bildirmişdi ki, Rusiyanın ABŞ-dakı səfiri, ABŞ-la münasibətlər kontekstində nə edəcəyini və necə hərəkət edəcəyini analiz etmək üçün Moskvaya məsləhətləşmələr üçün dəvət olunmuşdu. Eyni zamanda, nazirlik, Vaşinqtonla münasibətlərin geri dönməz deqradasiyasının qarşısını almaqda maraqlı olduqlarını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB