Aydındır ki, prokurorlar bugünkü məhkəmə iclasına gəlməkdən qorxurdular. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu fərziyyəni vəkil, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın müdafiə qrupunun nümayəndəsi Aram Vardevanyan məhkəmə iclasından sonra jurnalistlərlə söhbətində deyib.
Onun sözlərinə görə, iclas prokurorların təqsiri üzündən baş tutmadı.
“O prokurorlar ki, prosesin gecikdiyini həmişə bəyan edirdilər, bu gün heç gözə də görünmədilər. Bütün prokurorluqda bir prokuror belə yox idi. Göründüyü kimi bu, qorxduqlarına görədir. Baş verənlərdə başqa bir məntiq yoxdur”, deyəi vəkil şərh edib.
Konstitusiya Məhkəməsi hakimlərinin səslərinin yerbəyer edilməsindən danışan Vardevanyan bildirib ki, əslində qərar yekdilliklə idi. Yalnız Hakim Xundkaryan fərqli bir fikir söylədi.
“Yuri Xaçaturov və Seyran Ohanyana qarşı cinayət təqibi qanunsuzdur. Bu yuridisprudensiya deyil. Prokurorlar gəlib hazırladıqları bəhanə də uydura bilərdilər. Ancaq qorxmaq ayıbdır”, deyə Aram Vardevanian istehza ilə əlavə edib.
İttihamların yenidən hazırlanmasının mümkünlüyü barədə sualı cavablandıran vəkil qeyd edib ki, belə bir fərziyyə gülüş doğurur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB