"Satılmaq və hansısa dövlətin daxilinə girmək niyyətində deyilik” Aleksandr Lukashenko

"Satılmaq və hansısa dövlətin daxilinə girmək niyyətində deyilik” Aleksandr Lukashenko

Belarusiya prezidenti Aleksandr Lukashenko "satılmaq, yaxud, hansısa bir dövlətin, əyalətin daxilinə girmək" istəmədiyini söyləyib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Lukashenko çərşənbə axşamı Minsk Dəri İstehsalat Birliyinin işçiləri ilə danışarkən deyib.

"Həmişə yaxşı və pis günlərimiz olub. Mən sizə dedim ki, müstəqillik çox bahalı, qiymətli, dəyərlidir. Ancaq yəqin ki, heç biriniz bu müstəqilliyi satmaq, hansısa bir dövlətin daxilinə girmək istəmirsiniz. Mən isə daha çox, hamıdan çox istəmirəm. Çünki ilk prezident kimi bu əllərimlə sizinlə birlikdə əllərimlə bu dövləti qurmuşuq", deyə Lukashenka bildirib.
Onun sözlərini də Sputnik Belarusiya sitat gətirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə