Koronavirusun yeni anti-rekordu Ermənistanda sutkada 1024 yoluxma, 19 ölüm

Koronavirusun yeni anti-rekordu Ermənistanda sutkada 1024 yoluxma, 19 ölüm

Bu gün,18 mart tarixinə Ermənistanda təsdiqlənmiş koronavirus hadisəsinin ümumilikdə sayı 181 165 olduğu qeydə alınıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Səhiyyə Nazirliyinin Facebook səhifəsinə paylaşım edilib.
Nazirliyin sosial şəbəkə hesabında paylaşılan məlumata görə, sutka ərzində yeni qeydə alınan yoluxma hadisələrinin sayı 1024-ə çatəb. COVID-19-dan ölənlərin sayı isə gün ərzində 19 nəfər olub. Ümumilikdə, sutkada 4.687 test edildiyi qeyd olunur.
Mərkəzə görə, bu vaxta qədər Ermənistanda ümumilikdə 788 953 koronavirus testi aparılıb, 3 301 nəfər ölüb, hazırda 9 830 xəstə müalicəsini davam etdirir.
Xatırladaq ki, koronavirus pandemiyasına görə fövqəladə vəziyyət Ermənistanda altı ay, yəni 16 mart - 11 sentyabr tarixləri arasında mövcud olub. Parlament müvafiq qanunlar paketinə dəyişikliklər etdikdən sonra, Ermənistan hökuməti 4 ay müddətində - 11 yanvar 2021-ci ilədək bütün ölkədə karantin tətbiq edib və daha sonra altı ay, yəni 11 iyul 2021-ci il tarixinədək uzadılıb.
Qeyd edək ki, karantin, xüsusilə ölkəyə giriş və çıxışın xüsusi bir rejimini, özünü təcridetmə qaydalarını, habelə sosial hadisələr, təhsil prosesi və iqtisadi fəaliyyətlərlə əlaqəli bir sıra məhdudiyyətləri təmin edir. Fərdi qoruma tədbirləri Ermənistanın hər yerində tətbiq olunmalı və yaşayış yerdən kənarda olduqda şəxsiyyət sənədi olmalıdır.
Göründüyü kimi, digər problemlərlə yanaşı Ermənistanda xəstəliklərlə, ələlxüsus koronavirus xəstəliyi ilə də əlaqədar vəziyyət açınacaqlıdır. Ümumiyyətlə, işğalçı ölkədə idarəetmənin olmaması, Ermənistan dövlətinin, hökumətinin səriştəsizliyi, bacarıqsızlığı və uğursuzluğu səbəbindən həyatın bütün sahələrində böhranlı vəziyyət, xaos hökm sürür. Belə böhranlı vəziyyət fonunda COVİD-19 kimi tanınan virusun Ermənistanı cənginə alması müşahidə olunur. Əlbəttə ki, səhiyyəsi sıfır səviyyəsində olan, ehtiyac içində inləyən ölkə üçün belə bir vəziyyət çox təhlükəli, kifayət qədər təhlükəlidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə