"Prezidentin çağırışları ermənilərin iç üzünü ortaya qoyur" QURUM RƏSMİSİ AÇIQLADI

"Prezidentin çağırışları ermənilərin iç üzünü ortaya qoyur" QURUM RƏSMİSİ AÇIQLADI

“Cənab Prezidentin işğaldan azad olunmuş şəhər və rayonlara səfərlərində xüsusilə beynəlxalq təşkilatlara çağırışlar səsləndirdiyini görürük. Bu çağırışlar bir tərəfdən ermənilərin uzun illər dünya ictimaiyyətinə qəbul etdirməyə çalışdığı və yalan üzərinə qurulan propaqandalarının iç üzünü açır. Digər tərəfdən isə onlara dəstək olan beynəlxalq təşkilatların və dairələrin qeyri-səmimiliyini, ikili standartlara əsaslanan mövqelərini ortaya çıxardır”. Bunu SİA-ya açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.

Onun sözlərinə görə, Ali Baş Komandanın birbaşa erməni vandallığı nəticəsində dağıdılan tarixi-dini abidələrin, onların xarabalıqlara çevirdikləri mədəni-mənəvi irsimizi ehtiva edən məkanların önündən dünyaya səslənməsi, Azərbaycan dövlətinin uzun illər beynəlxalq ictimaiyyətə çatdırmağa çalışdığı əsl həqiqətlərin əyani şəkildə bəyanı kimi başa düşülməlidir: “Tarixi-mədəni irs bəşəriyyətin müştərək dəyərləri hesab olunur. Dünyada mədəni, sivil dövlət və xalq olmağın əsas meyarlarından biri də, məhz insanlığın bu ortaq irsinə sahib çıxmaqdır. Prezidentimizin abidələrimizin vandalcasına dağıdılması, şəhər və rayonlarımızın vəhşicəsinə talan edilməsi barədəki nitq və fikirləri, ermənilərin mədənilik və sivillik meyarlarından nə qədər uzaq olduqlarını ortaya qoyması baxımından da çox əhəmiyyət daşıyır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə