Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınacaq - Əli Əsədov

Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınacaq - Əli Əsədov

2021-ci il və qarşıdakı illərdə büdcə vəsaitlərindən səmərəli və qənaətli istifadə olunmasına nəzarətin daha da gücləndirilməsi ilə bağlı tapşırıq verilib.

SİA-nın məlumatına görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

Baş nazir bildirib ki, dövlət müsəssiələrində şəffalığa diqqət ediləcək və şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınacaq.

O qeyd edib ki, dövlət layihələrinin səmərəliliyi artırılmalıdır. Nazirlər Kabineti dövlət başısının bütün tapşırıqlarını vaxtında və keyfiyyətlə icra edəcək.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə