Sarkisyan Paşinyanın təklifini rədd edib Qarşıdurmalar artıq

Sarkisyan Paşinyanın təklifini rədd edib Qarşıdurmalar artıq

Ermənistan prezidenti yeni Baş Qərargah rəisini təyin etməkdən imtina edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan namizədliyi baş nazir Nikol Paşinyan tərəfindən irəli sürülən Artak Davtyanı Silahlı Qüvvələrin Baş Qərargahının yeni rəisi vəzifəsinə təyin etməyib.
Qeyd edək ki, bir qədər əvvəl Paşinyan, səlahiyyətləri martın 10-dan bəri ləğv edilmiş general-polkovnik Onik Qasparyanın yerinə Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilməsi üçün Sarkisyana Davtyanı təklif edib. Qasparyan isə, işdən çıxarılması ilə bağlı Adminstrativ Məhkəməyə etiraz edəcəyini bildirib.
"Ermənistan prezidenti, baş nazir Paşinyanın Artak Davtyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilməsinə etiraz edərək, onun təklifini ilə geri qaytarıb", deyə prezidentin veb saytında qeyd olunur.
Xatırladaq ki, Rusiyanın “İskəndər” raket sistemləri barədə Paşinyanın gülünc sözlərindən sonra İrəvanda başqa bir siyasi böhran başlayıb. Ermənistan Silahlı Qüvvələri Paşinyanın özünün istefasını tələb edən bir bəyanat yayıb. Baş nazir bunu bir çevriliş cəhdi kimi qiymətləndirib və tərəfdarlarını küçələrə çıxmağa çağırıb. Bu vaxt müxalifət barrikadalar qurub və parlamentin yaxınlığında bir düşərgə salıb, səlahiyyətlilərlə danışıqlar və baş nazirin istefasını tələb edir. Bununla yanaşı, Onik Qasparyanın səlahiyyətləri ləğv edilib və onun yerinə erməni baş nazir öz namizədini irəli sürür. Məsələ burasındadır ki, Qasparyanın vəzifəsinə xitam verilməsinə baxmayaraq, o bununla razılaşmır, üstəlik, ölkə prezidenti də Paşinyanın təklifini rədd edib. Bu isə ondan xəbər verir ki, işğalçı ölkənin baş nazirinin sözünü prezident hesaba almır. Bütün bunlar da ölkədə xaosun günü-gündən artdığını, qarışıqlığın böyüdüyünü təsdiqləyir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə