Üsyana hazır olmaq çağırışı edildi Ermənistanda

Üsyana hazır olmaq çağırışı edildi Ermənistanda

“Vətənin Qurtuluşu Hərəkatı” və bütün tərəfdarları bundan sonra ölkədə konstitusiya quruluşunun bərpası və qorunması üçün məsuliyyət daşıyırlar. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, “Daşnaqsütyun” nümayəndəsi, “Vətənin Qurtuluşu Hərəkatı”nın koordinatoru İşxan Saqatelyan çərşənbə günü keçirilən mitinqdə bu barədə deyib.

İşxan Saqatelyan vətəndaşları üsyana hazır olmağa çağırıb.
Qeyd olunur ki, mitinq iştirakçıları Sayat-Nova - Nalbandyan - Respublika Meydanı marşrutu üzrə yürüş təşkil ediblər.
Xatırladaq ki, Ermənistanda böhranlı vəziyyət davam edir. Bu işğalçı ölkədə hökm sürən siyasi böhran artıq pik həddə çatıb. Artıq müxalifət qüvvələri Ermənistanın baş naziri Nikol Paşinyanın istefasına nail olmaq, hakimiyyəti ələ keçirmək üçün bütün tədbirlərə əl atır və Saqatelyanın çağırışı da məhz bu məqsədi daşıyır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə