“Böyük Qayıdış” həyata keçirilir Direktor müavini

“Böyük Qayıdış” həyata keçirilir Direktor müavini

Müzəffər Ali Baş Komandan İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri “Böyük Qayıdışın” tezliklə həyata keçiriləcəyindən xəbər verir. 2016-cı il aprel döyüşlərində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Cocuq Mərcanlıda həyatın yenidən başlaması Böyük Qayıdışın əsasını qoydu. Keçən 4 il ərzində Müzəffər ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə daha da gücləndi. Tovuzda baş verən məlum hadisələrin gedişində nəhayət ki, 27 sentyabrda müzəffər Azərbaycan ordusu öz müqəddəs torpaqlarının azadlığına başladı. 44 günlük müharibə nəticəsində Ermənistan silahlı qüvələri tamamilə məhv edildi. Dağlıq Qarabağ münaqişəsi Ali Baş Komandanın siyasi iradəsilə tam şəkildə öz həllini tapmış oldu. İşğal altında saxlandığı vaxtlar Azərbaycan kəndləri ermənilər tərəfindən qanunsuz məskunlaşdırılsa da, onlar üçün yaradılan şərait Prezidentin ifadə etdiyi kimi, it damından fərqli olmayıb. Xaricdə yaşayan erməni diasporundan, müxtəlif fondlardan alınan yardımlar qondarma rejimin rəhbərliyi tərəfindən mənimsənilmiş, müxtəlif vədlərlə orada məskunalşdırılmış ermənilər səfalətə məhkum edilmişlər.

Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində - dekabrın 1-nə qədər demək olar ki, bütün bu su elektrik stansiyalarını - Laçın rayonu ərazisində 5, Kəlbəcər rayonu ərazisində 12 su elektrik stansiyasını dağıdıb, avadanlığı çıxarıb, stansiyaların binalarını da dağıdıb. İşğalçı rejim Azərbaycana qarşı ekoloji terror törətmişdir. Mənfur düşmən işğal dövründə Tərtərçayın da suyunun qabağını kəsmişdir və bir neçə rayonumuzda yüz min hektardan çox torpaq susuz qalmışdır.

1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmış Bəsitçay qoruğunun bərpasına start verilib.Qoruqda 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. İşğaldan sonra mənfur düşmən çinarların böyük hissəsini kəsib, doğrayıb, talayıb və yandırıb. Kəsilmiş ağacların yaşı təqribən 200-300 ilə bərabər idi. Torpaqların bərpası prosesi artıq başlamışdır. Dağılmış bütün kəndlər bərpa ediləcək və köckün tüşmüş bütün yerli əhali öz ata-baba torpaqlarına geri qayıdacaq və əbədi yaşayacaqlar. Prezidentin göstərişi ilə azad olunmuş bütün şəhərlərin baş planları hazırlanır. Qarabağ cənnətə çevrilməyə başlayır.

Erməni işğalından azad olunmuş ərazilərdə dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur.

Pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin təşəbbüsü dövlətimizin güc və qüdrətini nümayiş etdirir.İlk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir. Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.

Laçın rayonu işğaldan azad olunandan iki ay keçməmiş Güləbird kəndində su elektrik stansiyası inşa edilib.Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilib və birinci mərhələ başa çatıb.

Minalardan təmizləmə işləri qısa müddət ərzində başa çatdırılacaq, dəymiş ziyan qiymətləndiriləcək. Artıq infrastruktur layihələrinə start verilib. Azad edilmiş torpaqlarda bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcək.

Bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahələrinə su veriləcək. Beləliklə, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaqdır.Qısa müddət ərzində bütün imkanlar, texnika, işçi qüvvəsi səfərbər edilib və 7 min hektarda əkin işləri aparılıb. Qarabağımızın potensial imkanları real iqtisadi imkanlara cevrilməkdədir. Prezidentin göstərişilə azad edilmiş bütün torpaqlarda bərpaolunan enerji növləri və yerləri müəyyənləşdirilir. Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Azad edilmiş bütün torpaqlarda su, günəş, külək enerjisindən istifadə olunacaq.

Prezident İlham Əliyevin təməlini qoyduğu, uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür.

Bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini asanlaşdıracaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.

Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Qurulan dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır. Bölgə ölkələri bu yolun tikintisinə böyük maraqla yanaşırlar. Dəmir yol infrastrukturun bərpasının, nəqliyyat layihələrinin bölgə üçün xüsusi əhəmiyyəti var. Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir.

Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində artıq Rusiya ilə Türkiyə arasında bu dəmir yolundan istifadə edərək yüklər daşınmağa başlamışdır. Bu layihə Prezident İlham Əliyevin böyük uzaqgörənliyi və iradəsi, Azərbaycan dövlətinin maliyyəsi ilə reallaşıb. Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin geosiyasi əhəmiyyətini artırır, iqtisadi gücünü artırır. Azərbaycan etibarlı tranzit ölkəsi kimi tranzit layihələrdən böyük maliyyə gəliri əldə edəcək, bölgədə sabitlik və sülh təmin olunacaq. İkinci böyük dəmir yol xəttinin yaradılması Şimal-Cənub, Şərq-Qərb tranzit dəmir yollarının əhəmiyyətini artıracaq, Azərbaycanın regionda üstünlüyünü təmin edəcəkdir.

Elzamin Həsənov

Xəzər rayonu 230 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə