Erməni ilə həmrəy olan riyakarlar – AXCP-"Milli Şura" - ŞƏRH

Erməni ilə həmrəy olan riyakarlar – AXCP-"Milli Şura" - ŞƏRH

Yaxud "beşinci kolon"un və xaricdəki antimilli şəbəkənin buyruq qulları...

Bütün bu gerçəkliklər fonunda Azərbaycan öz sivil mübarizəsindən bir addım da geri çəkilmir və erməni yalanının ifşası ilə bağlı dövlətini, millətini sevən hər kəslə əməkdaşlıq etmək üçün əlindən gələni əsirgəmir. Məhz buna görə də, erməni ilə həmrəy olan AXCP-"Milli Şura" olan antimilli şəbəkənin buyruq qulları bu realllıqları görməkdə kor, eşitməkdə kardılar. Bu mənfur, erməni riyakarlarının quyruq bulayanları Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Xədicə İsmayılova, Qənimət Zahid, Leyla Yunus, Vidadi İskəndərli və bunlar kimi digər üzdəniraq ünsürlər hər zaman Azərbaycanın uğurlarına kölgə salmaqla, dünyada etibarlı tərəfdaş kimi qəbul olunmasına qarşı çıxmaq istəyən qüvvələrə dəstək verməklə kimlərə "xidmət" etdiklərini əvvəllər də nümayiş etdiriblər və bu gün də eyni iyrənc yoldadırlar. Ancaq bu dəfə işğalçıya, terrorçuya haqq qazandırmaqla, dünyanın gözü qarşısında Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbə Zəfəri qazanmasından öz erməni xislətlərini nümayiş etdirərək əsl riyakarlıqlarını ortaya qoyublar. Nə yazıq ki, belə "sapı özümüzdən olan çürük balta saplarımız" da var ki, bu riyakarlıqları ilə bir daha ermənilər tərəfindən tərəfindən "bəslənildiklərini" açıq-aşkar göstərir.

Əli Kərimlinin yalançı "həmrəyliyi"...

Bu günlərdə "Sevinc TV"-də "Vətən savaşı başlayarkən biz birlik nümayiş etdirdik",- deyə çıxış edən bu yalançı, satqın, mənəviyyatsız Əli Kərimli hansı birlikdən danışır? Sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı başlanan əks-hücum əməliyyatları zamanı siyasi partiyalar birgə bəyanat qəbul edərək ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı siyasəti dəstəklədiklərini bildirərkən, bu həmrəylikdən kənarda qalan Əli Kərimli və onun ətrafında olan bu gün yenə də sosial şəbəkələrdə dövlətə, hakimiyyətə qarşı yalan, böhtan deməklə, əldə olunmuş qələbəni kiçiltməyə, ictimai rəydə çaşqınlıq yaratmağa çalışırladı.

Yeri gəlmişkən, ermənipərəst Sevinc Osmanqızının internet televiziyasına açıqlamasında Əli Kərimli iddia edib ki, guya “Milli Şura” və AXCP Vətən müharibəsi dövründə “həmrəylik” nümayiş etdirib. Görəsən, bu həmrəyliyi Əli Kərimli və onun ətrafında olan erməni lobbisinin "təbliğatçıları" bu yolla haraya qədər gedəcəklər? Ancaq xalq hər şeyi yaxşı bilir və görür ki, müharibənin əvvəlində Azərbaycanın qələbəsinə inanmayan, xidmət etdiyi ermənipərəst dairələrin sifarişi ilə davranan Əli Kərimlinin 10 noyabr zəfərindən sonra bütün arzuları puç olub və bundan sonra da uğursuz cəhdləri fiaskoya məhkumdur. Və belələri unudurlar ki, dövlətə, xalqa qarşı edilən xəyanətlər heç zaman bağışlanmır. Bu ünsürlər unutmamalıdır ki, Azərbaycan xalqının milli birliyi, Azərbaycan Ordusunun rəşadəti və Ali Baş Komandanımızın qətiyyəti nəticəsində azad edilən bu torpaqlar bir vaxtlar məhz onların hakimiyyət oyunlarının qurbanına çevrilmişdi.

Cinayətkarlar mütləq cavab verməli olacaqlar – Azərbaycan xalqı və qanunları qarşısında!

"Mənə verilən məlumata görə, dünən bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar. Qanunu pozanların arasında onlar da var, onlar indi müəyyən olunublar. Mən bir daha xəbərdarlıq edirəm, odla oynamasınlar. Bu məsələ milli məsələdir. Heç nəyə baxmayacağıq, kim nə dedi, hansı şura, hansı Avropa Şurası, hansı təşkilat. Bizim son günlərdə sərgilədiyimiz mövqe - beynəlxalq təşkilatlarda bizim əleyhimizə çirkin kampaniya aparanlara qarşı tutduğumuz mövqe artıq nəticə verir. Anti-Azərbaycan qüvvələri harada mümkünsə, onları bloklayacağıq. Onların namizədlərinin meydan oxumasına, Azərbaycana çirkab yaxmasına imkan verməyəcəyik. Heç kim bizə göstəriş verə bilməz". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib. Bir sözlə, dövlət başçımızın dediyi kimi: "Onların namizədlərinin meydan oxumasına, Azərbaycana çirkab yaxmasına imkan verməyəcəyik!".

Bir də düşmən çətirinin altına sığınıb öz xalqına, dövlətinə qarşı yalan və iftira atan, birbaşa düşmən qoltuğuna sığınan xəyanətkarlar mütləq, amma mütləq cavab verməli olacaqlar – Özü də Azərbaycan xalqı və qanunları qarşısında!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə