Ermənilər Kərkini tərk edir! İDDİA

Ermənilər Kərkini tərk edir! İDDİA

Nikol Paşinyanın Ararat vilayətinə gözlənilməz səfərinin pərdəarxası məqamları bəlli olub

Ermənistanın “Johovurd” qəzetinin yazdığına görə,Nikol Paşinyanın Ararat vilayətinə gözlənilməz səfərinin detalları erməni ictimaiyyətində narahatlıq doğurmağa başlayıb. SİA adıçəkilən nəşrə istinadən xəbər verir ki, xüsusilə vilayətdə yaşayan əhali təlaş içindədir və onlar bildiriblər ki, baş nazirin sözügedən regiona səfəri çərçivəsində yerli inzibati idarəetmə orqanlarının rəsmiləri ilə keçirdiyi ayrı-ayrılıqdakı üçtərəfi görüşü onların narahatlıqlarına əsaslar yaradır. Belə ki, Nikol Paşinyan Ararat vilayətinin qubernatoru Razmik Tevonyanla və alay komandiri ilə görüşərək,Tiqranaşen (Kərki) kəndinin gələcək taleyi ətrafında söhbətlər aparıblar.

Xatırladaq ki, Kərki kəndi Naxçıvanın ərazisidir və birinci Qarabağ müharibəsi zamanı ermənilərin işğalına məruz qalıb.

Erməni qəzeti yazır ki, imzalanmış üçtərəfli bəyanatdan sonra işğal olunmuş bu ərazi də geriyə - Azərbaycana təhvil verilməlidir. Ararat vilayətinin sakinləri onu da bildiriblər ki, baş nazir yaxın günlər ərzində kəndin təhvil verilməsi barədə göstərişlərini verib.

Qəzet, məlumatı araşdırmaq üçün Nikol Paşinyanın mətbuat katibi Mane Gevorqyana zəng edib və bu məsələ ilə bağlı sual ünvanlayıb. Mane Gevorqyan qeyd edib ki, onlar nə baş veribsə, onun barəsində xəbər yayıblar. “Əlbəttə ki, biz müzakirələr haqqında daha lakonik məlumat vermişik, ancaq heç nə əlavə etməyəcəyik. Baş nazir kəndin boşaldılması üçün hər hansı əmri verməyib”, deyən Gevorqyanın cavabına qane olmayan “Johovurd” bir daha qeyd edib ki, belə bir müzakirənin aparılıb-aparılmaması barədə dəqiq cavab ala bilməyib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə