Koçaryanın Rusiyaya səfərində məqsəd bəllidir, amma... TƏHLİL

Koçaryanın Rusiyaya səfərində məqsəd bəllidir, amma... TƏHLİL

Koçaryanın Ermənistanda hakimiyyətini geri qaytarmaq məqsədilə, həm də "ağası"ndan xeyir-dua almaq üçün Moskvaya getməsi bir çox mətləbləri də ortaya çıxarır. İşğalçı ölkənin eks-prezidentinin könlünə hakimiyyət sevdası düşüb və bu sevdası yolunda da bütün Ermənistanı ayaqlar altına atar. Özü də çoxdandır ermənilərdən yanıqlı olan rusların, Rusiya prezidentinin ayaqları altına atmağa hazırdır. Çünki, elə erməni baş nazirdən də, onun yan-yörəsindən də kifayət qədər yanıqlıdır və edəcəklərinə görə gözlərini belə qırpmaz.
Ermənistan adlı işğalçı ölkədə qəribəliklər adi hal alıb və məhz buna görə də olanlar və olacaqlarla kimləri isə təəccübləndirməyin mümkünsüzlüyü çoxdan qəbul olunub. Məsələn, hələ də Ermənistanda məhkəmə sistemi qəribədir. Bəzən olduqca gözlənilməz qərarlar verilir. Hər belə bir gözlənilməzliyin arxasında korrupsiyanın gizlənməsi də şərt deyil. Bu və ya digər məhkəmə qərarının ya icra hakimiyyətinin təzyiqi ilə, ya da siyasi sifarişlə şərtləndirildiyi bəlli olur. Ancaq bəzən qərarın bu qərarı verən hakimin xüsusi xidmət orqanlarının təzyiqi altında olması faktı da ortaya çıxır.

Keçmiş prezident Robert Koçaryanın 3-8 fevral tarixlərində xaricə səyahət etməsinə icazə verən hakim Anna Danibekyanın məntiqini qətiyyən anlamaq mümkün deyil. Məhkəmənin qərarına görə, polis Koçaryanın səyahətinə qoyulan məhdudiyyətləri müvəqqəti olaraq ləğv edir, üstəlik, nə prokurorluq, nə də cəmiyyət məhkəmədən Koçaryanın niyə məhz bu müddət ərzində Ermənistanı tərk etməsinə icazə verildiyi barədə izah tələb etmir. Ancaq eks-prezident, 1 Mart 2008-ci il tarixindəki etiraz aksiyalarının dağıdılmasına dair cinayət işi çərçivəsində konstitusiya quruluşunu devirmək ittihamı ilə günahlandırılır. Buna baxmayaraq, məhkəmə Koçaryanın ölkəni tərk etməsinə icazə verib, hətta onun Moskvaya gedəcəyi də məlumdur.

Anna Danibekyanın bu qərarında Ermənistan hökumətinin izini axtarmaq, tapmaq çətin işdir. Nikol Paşinyanla yanaşı, Koçaryanın da cəzadan qaçmaq istəyi və ya Moskvaya bu məqsədlə getməsi qətiyyən inandırıcı görünmür. Axı keçmiş prezidentin hansı məqsədlə “görüşə” getdiyini təxmin etmək çətin deyil. İndi siyasi müxalifət konsolidasiya olunduqda və Paşinyana qarşı yürüşə rəhbərlik edə biləcək bir adam axtarıldığı zamanda, hansı ki, hazırkı müxalifət "lideri" Vazgen Manukyan çox “yumşaq” və nüfuzdan istifadə edə bilməyən biri kimi sayılmır, ikinci prezidentin səfəri anlaşılandır. Doğrudur, bu səfərə müxtəlif don geyindirilirsə də bu izahatlar, elə erməni axmaqları üçün nəzərdə tutulub.

Ermənistanda hakimiyyəti geri ələ almaq, bərpa etmək üçün Robert Koçaryanın xeyir-dua almaq məqsədli Moskva səfəri, Putini ziyarət etmək cəhdi tamamilə açıq-aşkar bilinir. Bir çox ermənilər belə hesab edirlər ki, hətta indi Moskvanın da Ermənistanın başında görmək istədiyi yalnız Koçaryandır. Çünki dəliliyi ilə ad qazanan, öncədən haqqında söylənilməsi mümkün olmayan, nə edəcəyi anlaşılmayan Paşinyanı yola gətirməkdənsə, Koçaryan yola gəlmiş şəkildə Rusiya üçün hazır fiqurdur. Koçaryan da, öz növbəsində, hakimiyyəti müqabilində Rusiyanın “altında yatmağa” hazırdır. Hazırdır ki, Putinin bircə işarəsi ilə Ermənistanı olan-qalan dövlət müstəqilliyinin qalıqlarından da məhrum etsin. Əgər onun Ermənistanda hakimiyyətə gəlməsinə razılıq verilərsə, yaxud hakimiyyətə gətirilərsə, ruslar qarşısında Robert Koçaryan diz çökməyə belə hazırdır. Bax, elə məhz buna görə də Koçaryan Moskvaya gedir ki, diz çöksün. Əslində, Azərbaycan qarşısında, Azərbaycan Ordusu, Ali Baş Komandanımız qarşısında diz çökən ölkənin istənilər adamı gedərkən, kimliyindən, hara getməsindən asılı olmayaraq, diz çökmüş durumda gedəcəyi bəlli məsələdir və Koçaryan da əvvəla, elə məhz bu durumdadır.

Xatırladığımız kimi, keçən ilin dekabrında Koçaryan artıq Moskvada xüsusi səfərdə olub. Hətta, bunun ardınca Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı da aparıb. Amma təəccübləndirici, fəqət təsdiqedici məqam ondan ibarətdir ki, iki “dost” arasında işğalçı ölkənin fəlakətili durumunun müzakirəsi olmayıb. Özü də cəmi 44 günlük müharibədən biabırçı məğlubiyyətlə, rüsvayçı durumda çıxan ölkə nə əcəbsə müzakirə mövzusu olmayıb. Niyə? Bəllidir ki, Koçaryan elə o zaman da öz əlinə oynamağa, özü üçün hakimiyyət istəyi ilə getmişdi.

İndi isə başqa bir sual ortaya çıxır, görəsən, hakim Anna Danibekyan, haqqında bu cür ciddi ittihamlar irəli sürülən şəxsin ölkəni tərk etməsinə hansı əsasla icazə verir? Yeri gəlmişkən, keçən yay eyni hakim, yəni Anna Danibekyan eyni cinayətdə ittiham olunan keçmiş KTMT baş katibi Xaçaturovun Ermənistan ərazisini tərk etməsinə icazə verməmişdi axı. Bəs, Koçaryanla eyni cinayət işində olan Xaçaturova niyə icazə verməmişdi möhtərən hakim? Üstəlik, iki gün öncə dəfn olunan valideynləri və qardaşını ziytarət etmək kimi Xaçaturovun Gürcüstana getmək üçün daha əsaslı bir səbəbi də var idi. Lakin hakim Anna Danibekyan bu tələbi rədd etdi və əsassız bəhanələr uydurdu.

Ancaq Xaçaturovdan fərqli olaraq Koçaryanın Moskvaya getməsi qadağan olunmadı hakim tərəfindən. Heç bir bəhanə belə gətirilmədi. Bu məqamda Ermənistan adlı dağılmaqda olan ölkənin hakim Anna Danibekyana hansısa təsirindən danışmaq gülünc olardı. Məsələ burasındadır ki, Anna Danibekyan məsələsində yalnız üçüncü variant inandırıcı görünür ki, bu da onu belə bir qərar qəbul etməyə, icazə verməyə vadar edən, məcbur edən Rusiya xüsusi xidmət orqanlarının müdaxiləsidir. Və bütün bunlar da onu deməyə əsas verir ki, Koçaryan hakimiyyət sevdası ilə Rusiyaya gedir və boyunduruq altına girməyə çoxdan razılıq verib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə