“Peyvəndlərin sayı xəstələrin sayını keçib” Blumberg Agentliyi

“Peyvəndlərin sayı xəstələrin sayını keçib” Blumberg Agentliyi

Dünyada koronavirusa qarşı peyvəndlərin sayı xəstələrin sayını üstələyib. SİA xəbər verir ki, Bloomberg Agentliyinin hesablamalarına görə, dünyada insanlara 104 milyondan çox doza koronavirus peyvəndi tətbiq olunub ki, bu da planetdə epidemiyanın başlanğıcından bəri COVID-19-a yoluxanların sayını aşıb keçib.

Agentliyin məlumatına görə, epidemiyanın başlanğıcından bəri dünyada 103,8 milyondan çox insan koronavirusa yoluxub. Eyni zamanda, 66 ölkənin sakinlərinə tətbiq olunan peyvənd dozalarının sayı 104 milyonu keçdiyi bildirilir.

Məlumatına əasən, dünya üzrə gündə təxminən 4.22 milyon doza peyvənd tətbiq olunur. Agentliyin bildirdiyinə görə bu peyvəndləmə sürətində əhəmiyyətli qlobal toxunulmazlıq səviyyəsinə çatmaq üçün illər lazımdır, ancaq peyvənd nisbətləri durmadan artır və digər istehsalçılardan yeni peyvəndlər tezliklə əldə edilə bilər.

Peyvənd nisbətlərinə görə ABŞ, Çin, Avropa Birliyi, Böyük Britaniya, İsrail, Hindistan və Birləşmiş Ərəb Əmirliyi liderdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə