Erməni nazir kütləvi miqrasiyanı fəlakət adlandırdı HAKİMİYYƏTİ SUÇLADI
Rusiyanın fevralın 1-dən etibarən Ermənistan vətəndaşlarına qapılarını açmasının ardınca bu ölkədən Rusiyaya kütləvi miqrasiyaya başlanılıb. Maraqlıdır ki, artıq kütləvi köçmə faktoru hakimiyyət təmsilçiləri tərəfindən də etiraf edilir, eyni zamanda, proseslərin fəlakətə doğru inkişaf etdiyi bildirilir.
SİA xəbər verir ki, ArmVoice-nin yazdığına görə, Ermənistanın təhsil naziri Vaqram Dumanyan parlamentdəki çıxışı zamanı xüsusilə gənc nəslin ölkəni tərk etmələri ilə bağlı danışıb. Onun sözlərinə görə, bu gün gənclər xaricə köçürlər və yüksək məvacib alırlar, çox da doğru edirlər.
"Faktiki olaraq insanların, xüsusilə gənclərin ölkəni tərk etməmələri üçün şərait yaratmaq yerinə, hakimiyyət rəsmi şəkildə əhalinin miqrasiyasına şərait yaradır", deyə Dumanyan bildirib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB